Sahib Alıyev
Sahib Eyvaz oğlu Alıyev (24 avqust 1964, Aşağı Şorca, Basarkeçər rayonu) — Azərbaycan Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.[1]
Sahib Alıyev | |
---|---|
Vəzifədədir | |
2010-cu ildən | |
Seçki dairəsi | 2010 — 95 saylı Tərtər 2015 — 95 saylı Tərtər 2020 — 95 saylı Tərtər |
Əvvəlki | Aynur Camalqızı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 avqust 1964 (59 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Sahib Alıyev 24 avqust 1964-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. Qonşu Daşkənd kənd orta məktəbini bitirib. 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə ilə bitirmişdir.
"Lider" televiziyasının siyasi icmalçısı olub.
Siyasi fəaliyyəti
Sahib Alıyev 1992-ci il prezident seçkilərində prezidentliyə namizədlər arasında keçirilmiş debat verilişinə aparıcılıq etmişdir.[2]
2010-cu, 2015-ci və 2020-ci illərdə 95 saylı Tərtər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı seçilib.
Sahib Alıyev Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədr müavini və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvüdür.[3]
Təltifləri
İstinadlar
- Azərbaycan Respublikasında televiziya işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2008-ci il tarixli, 24 nömrəli Sərəncamı. Arxivləşdirilib 2019-05-03 at the Wayback Machine e-qanun.az (az.)
- "İTV-dəki debatda diqqətimi ilk növbədə çəkən məhz bu oldu..." visiontv.az (az.). 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
- "Arxivlənmiş surət". 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.
- "Arxivlənmiş surət". 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.