Sadval

Sadval (ləzgi dilində Birlik) — Ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı təşkilat.[1]

Sadval
Yaranma tarixi 1990

Tarixi

Sadval təşkilatı 1990-cı ildə Dərbənddə yaradılmışdır. Təşkilatının ilkin məqsədi Rusiyanın cənub və Azərbaycanın şimal bölgələrinin hesabına Ləzgistan adlı dövlət yaratmaq olmuşdur. Politoloq və Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadə Sadval təşkilatının Rusiya xüsusi xidmət orqanları tərəfindən yaradıldığını iddia edirdi.[2]

Ermənistan dövləti tərəfindən ələ alınan Sadval təşkilatı üzvünün[3] 1994-cü ildə Bakı metrosunda partlayış törətməsi nəticəsində 27 nəfər həlak olmuşdur.[4] [5]

1990-cı illərin ortalarında Azərbaycan hakimiyyəti "Sadval"ın ölkə ərazisində fəaliyyətinin qarşısını aldı. Bakı metrosunda baş verən terror aktına görə təşkilatın bir neçə üzvü həbs edildi.[6]

2015-ci ildə təşkilatın aktiv üzvlərindən biri Ruslan Maqomedrəhimov Dağıstanda öldürüldü. Bir il sonra Sadvalın rəhbəri Nazim Hacıyev də Dağıstanda öldürüldü. Hacıyev 1961-ci ildən etibarən ləzgilərə məxsus muxtar respublikanın qurulmasına çağırışlar edirdi. Onun ölümünün siyasi fəaliyyəti ilə ələqadər olmadığı iddia edilir. Bu hadisələrin istintaqı haqqında heç bir rəsmi xəbər verilmədi.[7] Ermənistan tərəfindən Sadval terror təşkilatına hər cür silah və maddi dəstəyin göndərilməsi aparılan araşdırmalar əsasında məlum olmuşdur. Bütün verilən dəstəklərə baxmayaraq, Sadval ləzgi xalqından dəstək ala bilməməsi səbəbindən fəaliyyətini faktiki dayandırmışdır.

Həmçinin bax

İstinadlar

  1. "Верховный суд Азербайджанской Республики". 2018-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-05.
  2. "Rusiya "Sadval" təşkilatını hərəkətə gətirib". 2016-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
  3. Minorities at Risk Project, Chronology for Lezgins in Russia, 2004 Arxivləşdirilib 2012-10-19 at the Wayback Machine (accessed 21 September 2011)
  4. "Acts of terrorism in Metro in other countries". Pravda. 2010-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-29. (#apostrophe_markup)
  5. Coene, Frederik. The Caucasus: an introduction. Taylor & Francis. 2009. səh. 161. ISBN 0415486602. 2013-11-03 tarixində arxivləşdirilib.
  6. "Ermənilər Azərbaycanın arxa tərəfində "beşinci kolon" axtarırlar". 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
  7. "Dağıstanda "Sadval" ləzgi hərəkatının lideri öldürülüb". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.