Sadiq Vəliyev (əsgər)
Sadiq Ayaz oğlu Vəliyev (19 fevral 2001, Xosrov, Ağdaş rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Sadiq Vəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 fevral 2001(2001-02-19) |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 2020(2020-10-03) (19 yaşında) |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | əsgər |
Təltifləri |
Həyatı
Sadiq Vəliyev 19 fevral 2001-ci ildə Ağdaş rayonu Xosrov kəndində anadan olub.[1]
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Sadiq Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Sadiq Vəliyev oktyabrın 3-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sadiq Vəliyev ölümündən sonra "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib.
Təltifləri
- (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)[2]
- (29 dekabr 2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı[3]
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)[4]
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[5]
- (08.05.2017) — "Şücaətə görə" medalı (ölümündən sonra)[6]
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- "Yeni təsis edilmiş "Şücaətə görə" medalları təqdim edilib". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 08.05.2017. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.05.2017.