Saday Abbasov
Saday Həmid oğlu Abbasov — fizika riyaziyyat elmləri namizədi (1984), dosent (2005-2012).
Saday Abbasov | |
---|---|
Saday Həmid oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | Mirzalıbəyli, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | Fizika riyaziyyat elmləri namizədi (1984) |
Elmi adı | dosent (2005-2012) |
Həyatı
Saday Həmid oğlu Abbasov 1955-ci il iyunun 19-da Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olub.
1962-1972-ci illərdə Salyan şəhəri 4 saylı məktəbdə oxuyub.
1972-1977-ci illərdə BDU-nun (köhnə ADU-nun) fizika fakültəsində təhsil alıb.
1977-1978-ci illərdə Azərbaycan EA-nın “Kaspi” EM-də mühəndis işləyib.
1978-ci ildən BDU-da çalışan Saday Abbasov Fizika fakültəsinin “Optika və molekulyar fizika” kafedrasında mühəndis (1978-1979) işləmişdir.
1979-1994-cü illərdə isə BDU-nun Fizika fakültəsinin Molekulyar biofizika kafedrasında və ETL-da kiçik elmi işçi vəzifəsində çalışmışdır.
Sonrakı illərdə BDU-nun Fizika fakültəsində baş müəllim (1994-1996), böyük elmi işçi (1996-2005), 2005-ci ildən ömrünün sonuna qədər (6 may 2012) isə “Optika və molekulyar fizika” kafedrasında dosent vəzifəsində çalışmışdır.
1984-cü ildə “Heksadeka-Valinomisin molekulunun və onun bir neçə üzvü ionlarla qeyri-valent komplekslərinin nəzəri konformasiya analizi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika–riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Molekulyar fizika və Biomolekulların fizikası Saday Abbasovun tədqiqat sahəsi idi.
1997-ci ildən etibarən həm də sahibkarlıq fəaliyyətilə də məşğul olmuşdur.
6 may 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Ailəli idi, beş övladı yadigar qalıb.
Kitabları
- 2008, dərs vəsaiti „Fizika məsələləri (mexanika)“
Seminar, simpozium və konfranslarda iştirakı
- 1978, Bakı, Azərbaycan, “Molekullar arası qarşılıqlı təsir və konformasiya ” Beynəlxalq Konfrans
- 1986, Puşino, Russiya, „Полуэмпирический конформационный анализ невалентных комплексов гексадека-валиномицина с органическими ионами“ VII Ümumittifaq Simpozium
- 1987, Puşino, Russiya, «Математические и вычислительные методы в биологии » II Ümumittifaq Seminar
- 1998, Bakı, Azərbaycan, “Fizikanın aktual problemləri” I Respublika Elmi Konfrans
- 2000, Erzurum, Türkiyə, “İon-birləşdirici peptidlərin konformasiya analizi” Ulusal Simpozium
- 2001, Bakı, Azərbaycan, “Fizikanın aktual problemləri” I Respublika Elmi Konfrans
- 2003, Bakı, Azərbaycan, “Müasir fizikanın aktual problemləri” Respublika Konfransı
- 2004, Bakı, Azərbaycan, “Elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının tədbigi” Beynəlxalq Konfrans
- 2005, Санкт-Петербург, Россия, «Изучение пространственного строения нейропептида ногистатина» II Rusiya Simpoziumu
- 2006, Bakı, Azərbaycan, “Fizikanın aktual problemləri” IV Respublika Elmi Konfrans
- 2008, Bakı, Azərbaycan, “Noqistatin molekulunun heqsapeptid fraqmentinin konformasiya analizi üsulu ilə tədbigi” Beynəlxalq Elmi Konfrans
- 2008, Bakı, Azərbaycan “Fizikanın aktual problemləri” V Beynəlxalq Elmi-Texniki Konfrans, Milli Aviasiya Akademiyası
Seçilmiş əsərləri
- 2008, Noqistatin molekulunun hekssapeptid fraqmentinin konformasiya analizi üsulu ilə tədqiqi
- 2006 Nəzəri konformasiya analizi üsulu ilə noqiseptin reseptorunun C-uclu fraqmentinin tədqiqi
- 2006 Noqiseptin reseptorunun C-uclu heksapeptid fraqmentinin tədqiqi
- 2005 İzuçenie prostranstvennoqo stroeniə neyropeptida nocistatin
- 2004 Noqistatin molekulu və onun fəza quruluşu
- 2004 Noqistatin molekulunun molekulyar dinamika üsulu ilə tədqiqi
- 2003 Noqistatin molekulunun fəza quruluşunun nəzəri konformasiya analizi üsulu ilə tədqiqi
- 2003 Noqistatin molekulunun fəza quruluşu