Sadako və min kağız durna

Sadako və Min Kağız Durna[1]1977-ci ildə nəşr olunan Amerikalı yazıçı Eleanor Koerin uşaqlar üçün yazdığı kitabdır.

Sadako və Min Kağız Durna
サダコと千羽鶴 (Sadako to senbadzuru)
Müəllif Eleanor Koer
Janr elmi-kütləvi uşaq ədəbiyyatı
Orijinalın dili İngilis
Ölkələr ABŞ ABŞ
Rəssam Corc
Nəşr 1977
Səhifə 80

İbtidai məktəblərdə sülh təhsil proqramları üçün istifadə etmək məqsədilə kitab dünyanın bir çox dilinə tərcümə edilib. Yapon məktəblisi Sadako Sasakinin hekayəsi Sietldə Xeyirxahlıq oyunlarının açılış mərasimində teatrda oynanıldı, 400 yerli məktəbli camaata 20000 kağız durna payladı, bununla da Sadakonun xatirəsi anıldı. Sietldəki suvenir durnalar ehtimal olunur ki, Yaponiyadan uşaqlar tərəfindən göndərilmiş 1000 ədəd orijinal hissədən hazırlanmışdır.[2]

Məzmun

Sadako Sasaki XirosimaNaqasakinin ABŞ tərəfindən atom bombardmanı zamanı Xirosimada yaşayırdı. Xirosima bombalanarkən Sadako iki yaşında idi. Sadako partlayış baş verən vaxt evdə — partlayışın baş verdiyi yerdən 1 mil uzaqlıqda idi. Onun boynu və qulaqları arasında şişlər, 1955-ci ilin yanvarında isə ayaqları üzərində bənövşəyi ləkələr əmələ gəlir. Sonralar ona, leykemiya diaqnozu qoyulur.

Sadakoya leykemiya diaqnozu qoyulandan sonra, xəstəxanada o, min kağız durna düzəltmək ümidilə vaxtını keçirirdi. Ancaq, o 644 kağız durna hazırlaya bildi və 1955-ci il 25 oktyabrda vəfat etdi.

Həmçinin bax

İstinadlar

  1. Coerr, Eleanor. Sadako and the Thousand Paper Cranes. Puffin Books. 1977, then republished 2004. səh. 80. ISBN 978-0-14-240113-2.
  2. From viewing actual footage of the 1990 ceremony. http://www.youtube.com/watch?v=-ukr8hZWH4E#t=0 Arxivləşdirilib 2014-07-26 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.