Sadaklar

SadaklarAzərbaycanda (Qafqaz Albaniyasında) yaşamış və Alban tayfa ittifaqında daxil olan türk mənşəli tayfalardan biri.

Moisey Kalankatlı Qafqaz Albaniyasının bir tayfasının adını Savdey kimi çəkir [1] Müəllifin yazdığından belə çıxır ki, bu tayfa I əsrdən bu ərazidə yaşamışdır. Azərbaycan tədqiqatçılarının bəziləri[kimlər?] bu tayfanı Qafqazmənşəli, bəziləri[kimlər?] isə türkmənşəli sayırlar. Əslndə Kalankatlının Savdey kimi göstərdiyi (əslində Kalankatlının etnonimi necə yazması məlum deyil. Erməni kilsə xadimləri[kimlər?] alban dilində yazılmış bütün əsərləri məhv edərkən[nə vaxt?] Kalankatlının əsərinin də orijinalını məhv etmişlər və biz bu əsərin qrabarcaya tərcüməsindən istifadə edə bilirik) bu etnonim sadak türk tayfasının adının qrabarca təhrifidir.

Sadak türk tayfası qədim tarixə malikdir. Orta Asiyada bu tayfa e.ə. 519-cu ilə aid Bisutun qaya yazısında saklarla yanaşı xatırlanır. Daha sonra belə tayfa hunların arasında məlum olur. Qiyasəddin Qeybullayev qeyd edir ki, ehtimal ki, Azərbaycandakı sadaklar e.ə. VII əsrdə sakların Azərbaycana axını zamanı gəlmişlər. XIV əsr müəllifi Həmdullah Qəzvininin Şəmkir yaxınlığında göstərdiyi Yurt-Şadakban toponimi, TovuzQazax rayonlarında Sadıxlı (əslində Sadaklı) kəndlərinin adları bu etnonimlə bağlıdır.

İstinadlar

  1. Alban ölkəsinin tarixi. I kitab. IV fəsil

Mənbə

  1. Q.Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: 1994
  2. Moisey Kalankatlı. Alban ölkəsinin tarixi. Mxitar Qoş-Alban səlnamələri. Bakı: 2006

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.