Sadıqlı (Ağstafa)
Sadıqlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Sadıqlı | |
---|---|
41°22′24″ şm. e. 45°08′31″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Gəncə-Qazax iqtisadi rayonu |
Rayon | Ağstafa rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 272 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0529[1] |
|
Coğrafiyası
Ağstafa rayonunun Sadıqlı kəndi Azərbaycanın qərbində ən uc nöqtədir. Gürcüstanla Sadıqlı kəndi arasında sadəcə bir arx var. Kənddən Tiflisə 45 kilometr – rayon mərkəzi Ağstafaya 55 kilometr məsafə var. Üzü gündoğana dayananda sağdan Kiçik Qafqaz, soldan Böyük Qafqaz sıra dağlarının əhatəsindədir. Bura dağ kəndi deyil – Kür ovalığında yerləşir.
Kəndin cənubunda "Qarayazı" meşəsi yerləşir.
Şimalda dörd kilometrliyindən keçən dəmir yolu Sadıqlı kəndi və Azərbaycanı dünya ilə birləşdirir.
Tarixi
Bura dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişi zamanı torpaq altından çıxan mədəniyyət abidələri burada beş-altı min əvvəl insan yaşadığını təsdiqlədi (Əldə olunan arxeoloji qazıntı nümunələri ABŞ və Fransa laboratoriyalarında analiz edilib - bu barədə oxuya bilərsiniz: Nəcəf Müseyibli. “Böyük Kəsik eneoloit dövrü yaşayış məskəni”, Bakı, 2007. 216 səh). Maraqlısı budur ki, bəşər sivilizasiyasının qədim dövrünə aid edilən yaşayış məskənindəki evin quruluşu İsa Hüseynovun “Kollu Koxa” povestində təsvir etdiyi “yer damı” ilə eynidir.
Sadıqlı kəndinə sonuncu kütləvi məskunlaşma XIX əsrin sonlarına aiddir. Kənd əhalisinin əksəriyyətini təşkil edən Sadıqlı tayfasının Kürün o biri yaxasından - Şıxlıdan gəlib burada məskunlaşması haqqında müxtəlif rəvayətlər var. Kənddə "Sadıqlı" adlı tayfa var ki, məhz kəndin əsasını da onlar qoyub. Kənddə həmçinin, "Gülallı", "Hacı-Bayramlı", "Pörnək", "Papaqçılar", "Avışlılar", "Molla-Mustafalar" və s. bir sıra tayfalar mövcuddur.
Sadıqlı kəndi və alman texnologiyası
Gürcüstanla Azərbaycanın sərhədi olan arxın o üzündə 1943-cü ilə qədər alman koloniyası yerləşib. Oranı kənd camaatı “Voyovka” adlandırırdı. Almanlardan kənd əhalisinin götürdüyü su quyularının içinin xüsusi daş konstruksiyalarla hörülməsi (sonradan betona üstünlük verdilər), dördtəkərli “furqon” tipli at arabalarının düzəldilməsi və palıd çəlləkdə şərab hazırlanması olub.
Görkəmli şəxsiyyətləri
Əfəndiyev İsrayıl Rüstəm oğlu - Professor Əfəndiyev İ.R. 1945-ci il mart ayının 29- da Qazax rayonunun Sadıxlı kəndində kolxozçu ailəsində anadan olmuşdur.SSRİ Dövlət mükafatı Laureatı, ADNA-nın elmi hissə üzrə prorektoru (1993-1997), ADNA-nın “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri, İdarəetmə Proseslərinin Avtomatlaşdırılması elmi-tədqiqat institutunun direktoru, professor,
Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri, Neft Akademiyası nəzdində “İdarəetmə proseslərinin avtomatlaşdırılması” elmi tədqiqat institutunun direktoru SSRİ Dövlət mükafatı Laureatı, texnika elmləri doktoru, professor Əfəndiyev İsrayıl Rüstəm oğlu informatika, kibernetika və avtomatlaşdırma sahəsində görkəmli alimdir.
Məti Osmanoğlu (5 yanvar 1958, Sadıqlı, Ağstafa rayonu) — Azərbaycan yazıçısı, publisisti və ədəbiyyatşünası, "Yol" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü.Məti Osmanoğlu bir çox nəsr əsərlərinin müəllifidir. Onun hekayələri olduqca dərin, ibrətamiz məzmunu ilə fərqlənir. İnsan və cəmiyyət, özgələşmə problemləri nasirin yaradıcılığında mühüm yer tutur.
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.