Sadıq bəy Cavanşir

Sadıq bəy Məhəmmədxan bəy oğlu Hacılı-CavanşirQarabağ atlı alayının naibi.

Sadıq bəy Cavanşir
Sadıq bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir
Doğum tarixi
Doğum yeri Şərifbəyli, Cavanşir-Dizaq mahalı, Qarabağ xanlığı
Vəfat yeri Mirzəcamallı
Uşaqları Rüstəm bəy, Həsənxan bəy, Hüseynxan bəy və Tağı bəy
Atası Məhəmmədxan bəy Hacılı-Cavanşir

Həyatı

Sadıq bəy Məhəmmədxan bəy oğlu 1786-cı ildə Qarabağın Cavanşir-Dizaq mahalının Şərifbəyli obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Cavanşir-Dizaq mahalının darğası olmuşdu. Xanlıq ləğv olunandan sonra Sadıq bəy rus üsul-idarəsində məmur işləmişdi. II Rus-İran savaşları başlayanda Qasım bəy İrana Mehdiqulu xanın yanına qaçmış, qardaşı Mirzə Camalın tutulmasını eşidib, geri dönmüşdü. Rus hakimiyyəti onu bağışlamış, mülkünü qaytarmışdı.

Sadıq bəy Cavanşir 1828-ci ildə Qarabağ atlı alayında xidmət etmişdi. Alayın 3-cü yüzlüyünün naibi idi. Praporşik rütbəsi almışdı. Sadıq bəyin törəmələri Vəzirov soyadını daşıyırlar.

Sadıq bəyin Rüstəm bəy, Həsənxan bəy, Hüseynxan bəy və Tağı bəy adlı oğulları vardı.

Mükafatlar

Sadıq bəy Cavanşir 1829-cu ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.

Mənbə

  • Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.