Sadıq Elcanlı

Sadıq Elcanlı (Sadıq Qurbanqulu oğlu İbrahimov) — ssenari müəllifi, kino redaktoru.

Sadıq Elcanlı
Doğum tarixi
Doğum yeri Surra, Dəvəçi rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti redaktor
Mükafatları "Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı  — 1992
IMDb ID6710428

Həyatı

Sadıq Elcanlı 12 yanvar 1956-cı ildə Dəvəçinin Surra kəndində anadan olub. Universitetin flologiya fakültəsində təhsil alıb (1974-1979). 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində işləyir, ədəbiyyat və incəsənət redaksiyasında baş redaktordur. "Sirli səsin sorağı", "Əbədi sevginin xatirələri" povest və hekayələr kitabının müəllifi, əməkdar jurnalistdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[1][2]

6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb[3]


Filmoqrafiya

  1. Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) — ssenari müəllifi
  2. "Atikva" ümid deməkdir (film, 1994)
  3. Avşarlar (film, 1996)
  4. Bəsdir, ağlama! (film, 1999)
  5. Bir ömrün xatirəsi (film, 2007)
  6. Böyük ömrün davamı (film, 2007)
  7. Dahi qurucu (film, 2009)
  8. Dünya bir pəncərədir (veriliş, 2007)
  9. Etnoqrafik etüdlər (film, 1996)
  10. Ey, Vətən! (film, 1995)
  11. Əbədi zirvə (film, 1998)
  12. Əbədiyyət ünvanı (film, 2004)
  13. Güllələnmiş heykəllər (film, 2002)
  14. Hacı Arif (film, 1995)
  15. Heydər Əliyev və Azərbaycan dili (film, 1997)
  16. Xilaskar. I film (film, 2003)
  17. Xilaskar. II film (film, 2003)
  18. İşğal (film, 1994)
  19. Kamil (film, 1997)
  20. Qanlı Bakı (film, 1994)
  21. Qisas günü (film, 1993)
  22. Qobustan (film)
  23. Mətbuat fədaisi (film, 2007)
  24. Novruz (film, 1995)
  25. Olacağa çarə yoxdur (film, 2003)
  26. Pirə qayıdan yol (film, 1994)
  27. Səhnəmizin Yaşarı (film, 1996)
  28. Səni axtarırıq... (film, 2013)
  29. Sirli salnamələr (film, 1995)
  30. Şeirin xəzrisi (film, 2000)
  31. Təlatüm (film, 2006)
  32. Tikdim ki, izim qala (film, 1997)
  33. Tikdim ki, izim qala. II film (film, 1997)
  34. Tikdim ki, izim qala. III film (film, 1998)
  35. Üç zirvənin fatehi (film, 2008)

İstinadlar

Mənbə

  • Elcanlı, S. “Sözün işığında gördüklərim”//Olaylar.- 2016.- 8 yanvar.- S.9.
  • Familqızı, N. Onun sənət dünyası: Sadıq Elcanlı – 60 //Olaylar.- 2016.- 9-11 yanvar.- S.11.
  • Nəcəfoğlu, N. Sadıq Elcanlının 60 yaşına //525-ci qəzet.- 2016.- 12 yanvar.- S.7.
  • Sadıq Elcanlı – 60: Azərbaycan Yazıçılar Birliyinin təbriki //Ədəbiyyat qəzeti.- 2016.- 9 yanvar.- S.24.
  • Sözün güneyləri çağırır məni...: Sadıq Elcanlı – 60: //İki sahil.- 2016.- 7 yanvar.- S.12; Olaylar.- 2016.- 7 yanvar.- S.9; 525-ci qəzet.- 2016.- 7 yanvar.- S.4.
  • Şəmsizadə, N. Mifdən qədim adam: Sadıq Elcanlı – 60 //Ədəbiyyat qəzeti.- 2016.- 9 yanvar.- S.24.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.