Sabunçu (Qəmərli)
Sabınçı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
Tarixi Azərbaycan əraziləri | |
Qəmərli | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Qərbi Azərbaycan |
Bölgə | Gərnibasar mahalı |
İndiki adı | Araksavan |
Adının dəyişdirilmə tarixi | 1978 |
Sahəsi |
|
Əhalisi |
|
Saat qurşağı | |
Nəqliyyat vasitəsi kodu | 25 |
Xəritədə yeri | |
|
Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. ""İrəvan əyalətinin icmal dəftəri"ndə "Saatlı Sabunçu" formasında[2], Qafqazın 5 verstlik xəritəsində Sabunçu kimi[3] qeyd edilmişdir.
Kəndin başqa adı Şeyxzadə Əli Sabunçu olmuşdur[4].
Toponim türk mənşəli sabunçu tayfasının adı[5] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 25.01.1978-ci il fərmanı ilə dəyişdirilib Araksavan (Araz qəsəbəsi) qoyulmuşdur[6].
Coğrafiyası və iqlimi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 89 km şimal-qərbdə, Gərni çayından axan arxın yanında yerləşir.
Əhalisi
Kənddə 1831-ci ildə 474 nəfər, 1873-cü ildə 951 nəfər, 1886-cı ildə 1050 nəfər, 1897-ci ildə 1000 nəfər, 1904-cü ildə 1397 nəfər, 1914-cü ildə 1537 nəfər[7], 1918-ci ilin yanavarında 202 nəfər[8] azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 219 nəfər, 1926-cı ildə 285 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır[7]. 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülümüşdür.
1000 nəfər azalma daşnakların soydaşlarımıza qarşı törətdikləri genosidin miqyasından xəbər verir[9].
Məscid
Kənddə 2 Məscid olub[10].,
Tanınmış şəxsiyətləri
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- "İrəvan əyalətinin icmal dəftəri" s.49
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.213
- Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.50
- Hüseynzadə Ə.A. Sabımçu toponiminin mənşəyi. Azərb. SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin «Elmi əsərləri», tarix və fəlsəfə ser., № 7, 1975, s.45
- "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
- Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.50-51, 130-131
- История Азербайджана по документам и публикациям,Баку, «Элм», 1990, s.216
- "Arxivlənmiş surət". 2011-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
- Qafqaz Canişinliyi Baş İdarəsində Qafqaz Statistika Komitəsinin 1873-cü illərə aid bilgilər ərasında 1879-cu ildə yayınladığı kitab