Sabri Ülkər
Sabri Ülkər (1920, Aluşta – 12 iyun 2012, İstanbul) — məşhur türkiyəli şirniyyatçı və iş adamı. Dünyada məşhur şirniyyat və içki istehsalçısı olan "Ülker" şirkətinin əsasını qoyub.[1]
Sabri Ülkər | |
---|---|
türk. Sabri Ülker | |
Doğum tarixi | 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyun 2012 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Uşaqları | |
Fəaliyyəti | iş adamı, şirniyyatçı[d] |
sabriulker.com.tr |
Həyatı
Sabri Ülker 1920-ci ildə Krımda dünyaya gəlib. Əslən krım tatarıdır. 1929-cu ildə ailəsi Alakat faciəsindən sonra Krımı tərk edərək Türkiyəyə gəlir. 21 iyun 1934-cü ildə Türkiyədə soyad qanunu çıxdıqdan sonra Sabrinin atası İslam bəy "Berksan" soyadını götürür. Sabri Berksan 3-cü sinifdən etibarən İstanbulda Kadırqa İbtidai məktəbində təhsil almağa başlayır. İbtidai məktəbi bitirdikdən sonra "İstanbul Erkek Lisesi"-ə daxil olur. Burada təhsil aldığı dövrdə imtahan verərək pulsuz yatılı təhsil almaq imkanı əldə edir və Bilecik liseyinə gedir. Yay tətillərində qardaşı Asimlə birlikdə Beslər Biskivit Fabrikasında işləyir. Ali təhsil üçün Sultanahmet İqtisadi və Ticarət Elmləri Məktəbinə daxil olur. II Dünya Müharibəsi bitdikdən sonra isə buranı da bitirir. 1944-cü ildə qardaşı Asimlə birlikdə şirniyyat istehsal etməyə başlayıb. İşləri yaxşı getdikcə şirkət böyüyür və onlar varlanırlar. 1953-cü ildə Sabri və qardaşı Asim "Berksan" soyadlarını dəyişib yeni "Ülker" soyadını götürürlər. 1979-cu ildə qardaşı Asim yenidən əvvəlki "Berksan" soyadını geri götürür. 1987-ci ildə Asim Berksan "Ülker" şirkətindəki 50 faiz səhmini qardaşı Sabri Ülkərə verərək özü yeni "Kar Gıda" şirkətini qurur. 2000-ci ildə "Ülker" şirkətini oğlu mUrad Ülkərə verir. 12 iyun 2012-ci ildə Sabri Ülkər dünyasını dəyişib.[2]
Həmçinin bax
İstinadlar
- "Sabri Ülker Kimdir, Nerelidir, Nerede Doğdu? Kaç Yaşında, Nerede ve Nasıl Öldü?" (rus. ). bolgegundem.com. 13 iyul 2019. 24 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2020.
- "В Турции умер один из самых богатых крымских татар в мире" (rus. ). crimea24.info. 14 iyun 2012. 18 yanvar 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2020.