Sabnova
Sabnova - Dağıstan Respublikasının Dərbənd rayonundakı kənd. Kənd Dərbənd şəhərindən 7 km şimal-qərb tərəfdə, Sabnovaçay (rusca Suxodol) çayının sağ sahili boyunca, Açıqsırt dağının ətəklərində yerləşir.
Sabnova | |
---|---|
42°04′14″ şm. e. 48°15′01″ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Dərbənd rayonu |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368607 |
|
Kəndin 2017-ci ilin nəticələrinə əsasən 4286 nəfərlik əhalisi vardır. Sakinlərin mütləq əksəriyyəti etnik azərbaycanlılardan ibarətdir, həmçinin tabasaranlı və dargi əhalisi də var.
2010-cu ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 3,820 nəfər yaşayırdı, və onların 3,612 nəfərini (94%) etnik azərbaycanlılar, 67 nəfərini (1,8%) tabasaranlılar, 43 nəfərini (1,1%) dargilər, 98 nəfərini (2,5%) isə digər millətlərin nümayəndələri təşkil edirdilər.[1]
Mənbə
İstinadlar
- Население Республики Дагестан :Итоги переписи 2002 г. по Дербентскому району Arxivləşdirilib 2022-03-04 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.