Sabit Orucov
Sabit Atababa oğlu Orucov (18 (31) may 1912, Novxanı, Bakı qəzası[1] – 20 aprel 1981, Moskva) — Azərbaycan-sovet neft-qaz sənayesi təşkilatçısı, SSRİ qaz sənayesi naziri (1972–1981), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1967), Sosialist Əməyi Qəhrəmanı[2] (1980), Lenin (1970) və Stalin mükafatları (1950, 1951) laureatı, texnika elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd (1976–1981), 1953–1954, 1958–1962-ci illərdə və 1974-cü ildən vəfatınadək SSRİ Ali Sovetinin deputatı.
Sabit Orucov | |
---|---|
SSRİ qaz sənayesi naziri | |
20 sentyabr 1972 – 20 aprel 1981 | |
Əvvəlki | Aleksey Kortunov |
Sonrakı | Vasili Dinkov |
1960 – 1962 | |
Sonrakı | Cəmaləddin Maqomayev |
Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri, Azərbaycan SSR naziri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini | |
6 iyun 1957 – 16 dekabr 1959 | |
Sonrakı | Süleyman Vəzirov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 (31) may 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 20 aprel 1981 (68 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Sabit Atababa oğlu Orucov 31 may 1912-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Sabit Orucov 33N-li ikinci dərəcəli Sovet məktəbini bitirir və onu Ermənistandakı Şirpazlı kəndinə əhalinin savadsızlığını ləğv etməyə göndərirlər. Sabit Orucov o illərdə çox çətin anlar yaşayıb. Ermənistandakı milli-şovinist əhvali-ruhiyyənin tüğyan etdiyi bir zamanda hətta şagirdlər öz müəllimlərini quyuda gizlədib həyatını xilas etmişlər. 1928–1930-cu illərdə o, Azərbaycanın Xızı kəndində kolxozçu gənclər məktəbində müəllimlik edir. Sabit Atababa oğlu Orucov erkən gənclik illərində özünü jurnalistikada sınamış, boksla da məşğul olmuşdur. 1930-cu ildə Sabit Orucov Azərbaycan Sənaye İnstitutuna (indiki ADNA) daxil olur. O, institutu Neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə əla qiymətlərlə (fərqlənmə diplomu ilə) bitirərək, dağ mühəndisi diplomunu alır. 1936–1939-cu illərdə Sabit Orucov Orce nikidzeneft trestində, kompressor stansiyasında mexanik, neft mədənində usta, baş mühəndis və müdir vəzifəsində işləmişdir. 1945-ci illərdə Orcenikidzeneft, 26 Bakı Komissarı, Buzovnaneft trestlərinin müdiri işləmiş və onları geridə qalanlar sırasından qabaqcıllar sırasma çıxarmışdır.
1940-cı ilin dekabrında Sabit Orucov İ. V. Stalinin yanında keçirilən müşavirədə iştirak edir. Müşavirədə SSRİ-nin neft sənayesinin cari vəziyyəti müzakirə olunurdu. Moskvadan qayıdandan sonra Sabit Orucov yeni həvəslə və qüvvə ilə işə girişir, dərin neft quyularını mənimsəmək üçün orijinal aerasiya üsulu tətbiq edir ki, bu da sonralar onun namizədlik dissertasiyasının mövzusu olur. Həmin ilin yekunlarına görə 28 yaşlı Sabit Orucov Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur.
1946–47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947–49-cu illərdə Krasnodarneft birliyində rəisin birinci müavini-baş mühəndis, 1949–53 və 1955–57-ci illərdə SSRİ Neft Sənayesi Nazirinin müavini, 1957–59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959–62-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962–65-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələlərilə məşğul olmuş, 1965–72-ci illərdə SSRİ Neft sənayesi nazirinin birinci müavini, 1972–81-ci illərdə SSRİ Qaz sənayesi naziri olmuşdur.
Fəaliyyəti
1945-ci illərdə Orcenikidzeneft, 26 Bakı Komissarı, Buzovnaneft trestlərinin müdiri işləmiş və onları geridə qalanlar sırasından qabaqcıllar sırasma çıxarmışdır. 1940-cı ilin dekabrında Sabit Orucov İ. V. Stalinin yanında keçirilən müşavirədə iştirak edir. Müşavirədə SSRİ-nin neft sənayesinin cari vəziyyəti müzakirə olunurdu. Moskvadan qayıdandan sonra Sabit Orucov yeni həvəslə və qüvvə ilə işə girişir, dərin neft quyularını mənimsəmək üçün orijinal aerasiya üsulu tətbiq edir ki, bu da sonralar onun namizədlik dissertasiyasının mövzusu olur. Həmin ilin yekunlarına görə 28 yaşlı Sabit Orucov "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunur. Neft hasilatının artırılması, müdafiə üçün neft məhsulları və hərbi sursatların istehsalı üzrə dövlət tapşırıqlarının nümunəvi yerinə yetirilməsinə görə 30 illik yubileyində ona Lenin ordeni verilir. O dövrdə SSRİ Neft Nazirliyinin "narkomu" işləyən N. K. Baybakov Sabit Atababa oğlu Orucov Neft Bakısının en görkəmli şəxsiyyətlərindən biri adlandırır. Daha sonra narkom yazırdı: Mən onun imkanlarım bilirdim, onu ən çətin yerlərə göndərirdim. Əmin idim ki, o, öhdəsindən gələr və Sabit Atababa oğlu mənim etimadımı doğruldurdu. O, 1945–1947-ci illərdə Azneftkombinatın rəis müavini, Azneft və Krasnodarneft birliklərinin baş mühəndisi işləmişdir. 1947-ci ildə Azərbaycanın həm dənizdə, həm də quruda olan perspektivli sahələrində kəşfiyyat işlərinin cəmləşdirilməsi məqsədilə Azərmeftkəşfiyyat birliyi yaradılır və onun rəisi Sabit Orucov təyin edilir. Birliyin əsas məqsədi bütün qüvvələri yeni perspektivli neft və qaz yataqları aşkar etmək, açıq dənizə çıxmaq və oradakı iri strukturlarda neft və qaz axtarışına başlamaq idi. Bu baxımdan Neft Daşlan sahəsindəki dənizin səthinə çıxan və çoxdan geoloqların diqqətini cəlb edən təbii neft sızmaları olduqca maraqlı idi. Neft Daşlarına ilk dəfə xəritəalma ilə məşğul olan əfsanəvi geoloq A. Q. Əliyev, istedadlı qazma işləri təşkilatçısı Y. A, Səfərov, desant dəstəsinin rəhbəri Sabit Orucov və digər mütəxəssislər 14 noyabr 1948-ci ildə kiçik Pobeda gəmisində Qara Daşları fəth etməyə səy göstərdilər və böyük çətinliklə onlar kiçik adalardan birinə çıxmağa müvəffəq oldular. Burada 1 saylı ilk quyunun yeri təyin edilir və qazılır. Quyudan neft fontan vurur, gündəlik neft hasilatı 100 tondan artıq olur. Sabit Orucovun təklif və təkidi nəticəsində 1949-cu ildə dənizdə neft və qazçıxarmanın intensiv inkişafinı nəzərə alaraq, Dənizneft- qazlayihə DETLİ, Dəməgül metal-konstruksiya zavodu, Zığda stasionar özül və estakadalann quraşdırılması bazası, dənizdə tikinti və təchizat məsələlərinin təşkilinə kömək məqsədilə Xəzərdənizneftdonanma tresti yaradıldı. Onun göstərişi əsasında lzmayil neftdaşıyıcı kranquraşdırma gəmisi kimi istifadə edilməsi Neft Daşları rayonunda dənizin dərinliyi 10–20 m olan sahələrində estakada və özüllərin tikilməsini sürətləndirməyə imkan vermişdir. 1949-cu ildə Sabit Orucov mühəndis Yusif Səfərov ilə birlikdə dənizin 20 m dərinliyi üçün MOS sisteminin özlüyünü, dayaq blokunu layihələndirirlər, layihə dərhal tətbiq olunur. Sabit Orucovun bilavasitə rəhbərliyi altında dənizdə hidrotexniki işlərin uğurla aparılmasına kömək edən nəqliyyat və xüsusi neft- mədən donanması yaradılır. 1950-ci ildə "Azneft"in donanması artıq 32 ədəd üzən vasitələrindən ibarət idi. Neft Daşlarında zəruri bütün sənaye və yaşayış infrastrukturlu mədən tikintisi başlandı, Sabit Orucov və onun həmfikir həmkarlarının təklif etdikləri texniki yeniliklər o qədər orijinal və ölkəyə lazım idi ki, onlar görkəmli nailiyyətlər kimi qəbul edildilər, Dənizdə neftçıxarmanm pioneri olan Azərbaycanda bu sahənin infrastrukturunun inkişafına yönəldilmiş elmi-praktik ideyaların həyata keçirilməsinə geniş meydan açılmışdı. Bunun da ən yüksək zirvəsində Sabit Orucov dururdu, lakin onun adı o zaman Azərbaycan KP MK-nın birinci katibi M. C. Bağırovun qara siyahısında hallanır. O, hələ 1946-cı ildə "Azneft" birliyinin baş mühəndisi vəzifəsində işlədiyi zaman gözlənilmədən "xalq düşmənləri" sırasına düşür. Yalnız o vaxtlar SSRİ-nin cənub- qərb rayonlarının neft sənayesi "narkomu" olan N. N. Baybakovun işə qarışmasından sonra Sabit Orucov Moskvada "Baş cənub-qərb neft- çıxarma" şöbəsinə keçirilir və beləliklə, onun həyatı xilas edilir. İkinci dəfə O, M. C. Bağırovun hiddətinə 1949-cu ildə düçar olur. Dənizdə baş vermiş şiddətli firtma zamanı bir neçə özül dağılır. M. C. Bağırov baş vermiş hadisədə Sabit Orucovu günahlandırır. Moskvadan gəlmiş Neft Sənaye nazirinin müavini V. A. Kalamkarovun rəhbərlik etdiyi komissiya Sabit Orucovun günahsızlığını müəyyən edir. 1949-cu ilin dekabr ayında Xəzər dənizində neft və qaz yataqlarının kəşfiyyatı, neft-qaz çıxarılması və mədənlərin yaradılması məsələlərinin həlli üçün Bakıda Azerdənizneft birliyi, Moskvada SSRİ Neft Sənayesi Nazirliyi nəzdində "Başdənizneft" İdarəsi yaradıldı və onun rəisi, eyni zamanda nazir müavini S. A. Orucov təyin edildi. Dörd il ərzində Xəzərdə neft hasilatı 1949-cu ildəki 797 min ton əvəzinə 2 mln. 984 min ton olur. Neft , Daşlan yatağının kəşf olunması və mənimsənilməsinə görə 1951-ci ildə böyük bir qrup mütəxəssislərlə birlikdə Sabit Orucova I dərəcəli Dövlət mükafatı verilmişdir. 1955–1957-ci illərdə Sabit Orucov SSRİ Neft Sənayesi nazirinin müavini işləyir. Bu illər ərzində o, neft və qaz yataqlarının işlənməsi sahəsində tədqiqat işləri aparmış, hava vurmaqla (aerasiya ilə) dərin neft quyularının mənimsənilməsi üsulunu işləyib hazırlamış, dəniz neft yataqlarının, o cümlədən Neft Daşlarındakı yataqların kəşfi və mənimsənilməsində bilavasitə iştirak etmiş və bir sıra iribloklu dəniz qazma əsaslanmn konstruksiyasını təklif etmişdir. Onun fəal iştirakı ile Qərbi Sibir, Orenburq vilayəti, Türkmənistan və Özbəkistanda bir sıra neft və qaz yataqlan istifadəyə verilmişdir. SSRİ-də qaz sənayesinin yeni texnika ilə təchiz olunmasında, qaz hasilatının sürətlə artmasında onun böyük xidməti olmuşdur. S. Orucovun rəhbərliyi altında ölkənin qaz ilə təmin edilməsində vahid sistemin inkişafı və yüksəlməsi üçün böyük işlər aparılmışdır. 1957–1959-cu illərdə S. Orucov Azərbaycan SSR-nin Xalq Təsərrüfatı Şurasının sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləyir. O, iki il müddətində ağır maliyyə vəziyyətində olan, öz inkişafında geridə qalmış bəzi sənaye sahələrinin fəaliyyətini canlandırır, tikintisi başa çatdırılmamış və konservasiyada olan müəssisələrin istehsalı nizama salınır, Sumqayıt sənaye kompleksinə, xüsusən sintetik kauçuk və boru prokatı zavodlarına çox diqqət yetirirdi. 1959–1962-ci illərdə Sabit Orucov SSRİ Nazirlər Soveti nəzdində Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi vəzifəsində işləyir. Mətbuat materiallarından məlumdur ki, hələ neft sənayesi nazirinin müavini olduğu dövrdə o, yanacaq-energetika kompleksinin tərkibinə dair dəqiq dövlət siyasətinin zəruriliyinə qəti əmin olmuşdu və hesab edirdi ki, neft sənayesinin "Sovnarxoz" mənzillərinə bölünməsi onun inkişafına böyük maneədir. Onun bu əsaslı fikri təsdiqləndi. Bütöv bir nəhəng sahə dağıdıldı. Onun yenidən bərpası üçün isə neftçi Sabit Orucovun biliyi və təcrübəsi, analitik düşüncəsi, perspektivi proqnozlaşdırma bacarığı lazım idi.
1965–1972-ci illər Sabit Orucov SSRİ-nin Neft Sənayesi nazirinin birinci müavini işləyir. O, bu illər ərzində öz ideyalarım geniş tətbiq etmək imkanı qazanır, neftçıxarma sənayesinin inkişafi üzrə elmi əsaslandırılmış proqram və layihələr işləyib hazırlayır. Onun tərəfindən neft və qaz yataqlarmm işlənməsi üzrə vahid Mərkəzi komissiya yaradılır. O, alimlərin və istehsalatçıların iştirakı ilə neftçıxarmanın problemləri üzrə vaxtaşırı ümumittifaq müşavirə təşkil olunmasının təşəbbüskarı idi. Onün rəhbərliyi altında kəşflər və layihələr olmuş, Şimali Qafqazda, Tatarıstanda, Başqırdıstanda, Volqa-Ural hövzəsi ərazisində, Qərbi Sibirdə neft laylarının işlənməsi təkmilləşdirilmişdir. Orucovun ideyaları indi də Azərbaycanda, Qazaxıstanda, Ukraynada, Belarusiyada, Qərbi Sibirdə həyata keçirilir. O, 1967-ci ildə neftçilərin VIII Ümumdünya Konqresində (Meksika) əsas məruzə ilə Dünyada neftçıxarma sahəsində inkişaf adlı mövzuda məruzə etmişdir. Sabit Orucov məruzəsində bütün kontinentlərdən 43 ölkədə neftçıxarmanın vəziyyətinin dərin analizini vermiş, dünya üzrə bütünlükdə ümumiləşdirilmiş göstəriciləri nümayiş etdirmişdir. Arxiv sənədləri, şəxsi yaradıcılıq irsi, onun elmi əsərlərinin müasirləri tərəfindən qiymətləndirilməsi belə nəticə çıxarmağa imkan verir ki, S. Orucov üçün hər bir əvvəlki nailiyyət onun təbiətinin novatorluğunu izah etməkdən ötrü start meydançası idi. Baxmayaraq ki, bu, bəzi hallarda risklə əlaqədar idi. Onun bilavasitə iştirakı və rəhbərliyi altında öz geoloji quruluşuna görə iki müxtəlif işləmədə olan neft-qaz yatağında müxtəlif vaxtlarda təcrübi-sənaye yeraltı nüvə partlayışı həyata keçirilmişdi. Bu eksperimentin nəticələri Sovet və dünya elmi üçün yeraltı nüvə partlayışlarının karbonatlı kollektorlara və onlarda olan karbohidrogenlərə, fəaliyyətdə olan mədənlərin qurğularına və komminikasiyalara təsirinin xarakteri haqqında qiymətli elmi-texniki informasiya almağa imkan verdi. 1972-ci ildə Sabit Orucov SSRİ Qaz Sənaye naziri təyin edilir və ömrünün axırma kimi bu vəzifədə işləyir. S. A. Orucov ölkənin bütün qaz təsərrüfatını öyrənərək, sahənin köhnə idarəetmə sistemini dağıdır, nazirliyin bütün strukturlarında və bölmələrində inqilabi dəyişikliklər edir, beləliklə, ölkənin bütün qaz sənayesi əsaslı elmi-texniki yeniliklərə nail olur. Nəticədə təbii qazın çıxarılması, saxlanılması, emalı, nəqli və istehsalçıya etibarlı, itkisiz və keyfiyyətlə çatdırılması, dünya miqyasında analoqları olmayan vahid bir sistemdə birləşir. Qərbi Sibirin, Tümenin və Orenburqun nəhəng qaz yataqlarının istifadəyə verilməsilə, çox güclü magistral qaz xətlərinin çəkilməsilə, qazın emalı və saxlanılması müəssisələrinin inkişaf etmiş strukturunun, həmçinin mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması ilə öz miqyasına və istehsalat həcminə görə dünyada analoqu olmayan SSRİ-nin vahid qaz- təchizat şəbəkəsi yaradıldı. Bu nəhəng işlərin əsasını fədakar rəhbər, istedadlı təşkilatçı, görkəmli alim, mühəndis və qeyri-adi insan — Sabit Atababa oğlu Orucov qoymuşdur.[3] Sabit Orucov 1981-ci ildə vaxtsız vəfat etdi. O, Moskvada Novodeviçye qəbirstanlığında dəfn olunmuşdur.
Xatirəsi
Bakı şəhərində küçə, Urenqoyda yerləşən qaz hasilatı üzrə istehsalat birliyi, Nadım şəhərində sahilyanı küçə, "Kaspmorneftqazprom" birliyinə məxsus gəmi Sabit Orucovun adını daşıyır.
Moskvada həyatının son illərini yaşadığı binanın fasadında xatirə lövhəsi vurulmuşdur (heykəltaraş: L. Petruşin, memar: M. Katkova).
Özbəkistanın Xarəzm vilayətinin Xivə şəhərində S. Orucov adına rusdilli məktəb fəaliyyət göstərir.
Xarici keçidlər
- BSE-də "Sabit Orucov" məqaləsi
- Görkəmli Neftçilər — SOCAR.az Arxivləşdirilib 2013-10-13 at the Wayback Machine
- Moskvada görkəmli neftçi-alim Sabit Orucovun təntənəli yubiley mərasimi keçirilib — Salamnews Arxivləşdirilib 2012-06-03 at the Wayback Machine
- Сабит Атаевич Оруджев
- "Trud" qəzeti, № 092, 31.05.2002. "Земля Оруджева"
İstinadlar
- Оруджев Сабит Атаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- "Оруджев Сабит Атаевич". 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-22.
- Bayram Bayramov. Neft Daşları — tufanlar qoynunda həyat