Sabit Kərimov
Kərimov Sabit Qəhrəman oğlu (10 aprel 1940, Ordubad – 16 iyun 2013) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası "Kompüter texnologiyaları və proqramlaşdırma" kafedrasının müdiri.[1]
Sabit Kərimov | |
---|---|
Kərimov Sabit Qəhrəman oğlu | |
Doğum tarixi | 10 aprel 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 16 iyun 2013 (73 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | informatika |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adları | professor, AMEA-nın müxbir üzvü |
İş yerləri | |
Təhsili | |
Mükafatları |
|
Həyatı
Sabit Qəhrəman oğlu Kərimov 10 aprel 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir.
Sabit Kərimov 1967-ci ildə Moskva Energetika İnstitutunun aspiranturasını bitirərək 1968-ci ildən elmi-pedaqoji fəaliyyətini Azərbaycan Neft və Kimya İnstitutunda davam etdirmişdir. Sabit Kərimov 1968-ci ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnika elmləri doktoru elmi dərəcəsini almış, 1989-cu ildə professor adına layiq görülmüşdür. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Alim 1989-cu ildən 2013-cü ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Hesablama maşınları və proqramlaşdırma kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Elmi fəaliyyəti
S. Kərimovun elmi tədqiqatlarının əsas istiqaməti informasiya və ekspert sistemlərinin yaradılması və tətbiqi ilə bağlıdır. O, 1967–1989-cu illərdə kimya, neftkimyası və neftemalı sahələri üzrə avtomatlaşdırılmış informasiya və idarəetmə sistemlərinin yaradılması sahəsində işləmiş, 1990-cı ildən isə elmin və istehsalatın müxtəlif sahələri üzrə informasiya və ekspert sistemlərinin yaradılması və tətbiqi üzrə elmi-tədqiqat işləri aparır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə kimya və kimya texnologiyası sahələri üzrə informasiya-axtarış sistemləri (1967–1975), neftemalı və neftkimyası sənayesi üzrə ərazi avtomatlaşdırılmış idarəetmə sistemi (1975–1988), istehsal müəssisələri üçün avtomatlaşdırılmış informasiya və idarəetmə sistemləri (1988–1990), respublikada mütərəqqi texnologiyalar, bitkilərin mühafizəsi, Xəzər dənizinin ekologiyası, neft maşınqayırma sahələri üzrə informasiya sistemləri, tibbi diaqnostika üzrə ekspert sistemləri (1990–2009) yaradılmış və tətbiq edilmiş, informatika üzrə çoxdilli izahlı terminoloji lüğət hazırlanmışdır.[2]
- Çapdan çıxmış elmi əsərlərin, dərslik, dərs və metodik vəsaitlərin ümumi sayı: 200
- Xaricdə çıxmış elmi əsərlərin sayı: 62
- Monoqrafiyaların sayı: 5
- Dərsliklərin sayı: 5
- Dərs və metodik vəsaitlərin sayı: 25
Əsas elmi nailiyyətləri
- Kimya və kimya texnologiyası üzrə informasiya-axtarış sisteminin yaradılması (1967–1975).
- Neft emalı və neftkimyası sənayesi üzrə ərazi informasiya və avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması (1975–1988).
- İstehsalat müəssisələri üçün avtomatlaşdırılmış informasiya və idarəetmə sistemlərinin yaradılması (1985–1990).
- Respublikada mütərəqqi texnologiyalar, bitkilərin mühafizə vasitələri, elmi-texniki potensial və kadrlar üzrə informasiya sistemlərinin yaradılması (1991–1997).
- Tibbi diaqnostika üzrə ekspert sistemlərinin yaradılması (1994–2001).
- İnformatika üzrə ingiliscə-rusca-azərbaycanca-türkcə izahlı terminoloji lüğətin yaradılması (1992–1996), (2010–2012)
- Ekologiya və nəqliyyat loqistikası üzrə intellektual informasiya sistemlərinin yaradılması (2002–2009).
- Ontologiya əsasında intellektual informasiya-axtarış sisteminin qurulması (2006–2011).
Əsas elmi əsərlərin adları
- Метаданные в информационных системах. "Информационные технологии", Москва, № 3, 2003, с. 37–42.
- Интеллектуальный поиск информации, основанный на онтологий "Информационные технологии", Москва, № 11, 2004, с. 12–16.
- Об интеграции онтологии и тезауруса. Известия НАН Азербайджана, том XXV, Информатика и проблемы управления, № 2, 2005, с. 3–11.
- İnformasiya sistemləri (monoqrafiya). Bakı: Elm, 2008, s. 676
- О модели онтологии предметной области, модели информационного поиска и коррекции запросов. "Информационные технологии", Москва, № 4, 2009, с. 31–33.
- Организация экологического мониторинга с применением интеллектуальной информационной системы. "Системы управления и информационные технологии", Москва- Воронеж, № 1, 2010, с. 71–74.
- Organization Information Retrieval in the Database and Knowledge Base on Intellectual Information System on Ecology. Applied and computational mathematics. An International Journal. Vol.9, №, 2010
- Репозитории в информационных системах и программном обеспечении. "Информационные технологии" , Москва, № 3 , 2012, с. 43–48.
Fəxri adlar və medallar
- Əməkdar müəllim — 2009
- Tərəqqi medalı — 2010
İstinadlar
- "Sabit Qəhrəman oğlu Kərimov". 2013-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-18.
- AMEA-nın müxbir üzvü Sabit Kərimovun 70 yaşı tamam olur