Sabit Abbasəliyev
Sabit Qasım oğlu Abbasəliyev (12 may 1932, Quşçu, Marneuli rayonu – 23 may 1982, Bakı) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi.
Sabit Abbasəliyev | |
---|---|
14 dekabr 1979 – 23 may 1982 | |
Əvvəlki | Hilal Əsədov |
Sonrakı | Ayaz Mütəllibov |
Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin rəisi | |
27 sentyabr 1974 – 14 dekabr 1979 | |
Əvvəlki | Hüseyn Zeynalov |
Sonrakı | Xəlil Məmmədov |
1971 – 1974 | |
Əvvəlki | Nadir Balakişiyev |
Sonrakı | Kamran Bağırov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 may 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 23 may 1982 (50 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Sabit Abbasəliyev 12 may 1932-ci ildə Gürcüstan SSR, Marneuli rayonu, Quşçu kəndində anadan olmuşdur. 1958-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə isə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi seçilmişdir.
1962–1964-cü illərdə Sabit Abbasəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmiş, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi seçilmişdir. Artıq 1965-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir.
1971-ci ildən Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi seçilmişdir.
1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri olmuşdur. Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində də çalışmışdır.
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Sabit Abbasəliyev 1982-ci ildə vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
İş həyatı
- 1958–1960-cı illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu komsomol komitəsinin katibi
- 1960–1962-ci illərdə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi
- 1962–1964-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin əməkdaşı
- 1964–1965-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi
- 1965–1971-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinin müdir müavini
- 1971–1974-cü illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi
- 1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri
- 1979–1982-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
- 1979–1982-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri
- Azərbaycan SSR Ali Sovetinin deputatı