Sabir Mustafayev
Sabir Mustafayev (d. 1939 - 11.3.2020) — Azərbaycan şairi, tərcüməçi.
Sabir Mustafayev | |
---|---|
Sabir Mustafayev | |
Təxəllüsü | Sabir Mustafa |
Doğum tarixi | |
Doğum yeri | Təkəli, Dərəçiçək mahalı, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Təhsili | M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki ADU) Avropa dilləri fakültəsinin ingilis dili şöbəsi |
Fəaliyyəti | Tərcüməçi, şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Tanınmış əsərləri |
Bədii yaradıcılıqda: “Türk sonetləri” Tərcümə sahəsində: Dahi Şekspirin faciə və sonetlərinin Azərbaycan dilinə tərcüməsi |
Mükafatları | "Tərəqqi" medalı |
Həyatı
Sabir Mustafa (Sabir Mustafayev) 1939-cu il 22 iyunda Qərbi Azərbaycanın Dərəçiçək mahalının Təkəli kəndində anadan olub. 1948-ci ildə Stalinin qərarı ilə ailəsi ilə birlikdə doğma yurd-yuvasından Saatlı rayonuna köçürülmüşdür. Ancaq orada istilərə tab gətirməyən Sabirin ailəsi Qazax rayonunun Göycəli kəndində məskunlaşmışdı. Sabir Mustafanın uşaqlıq illəri məhz saz-söz diyarı olan Qazax rayonunda keçib. Orta məktəbi də Göycəli kəndində bitirmişdir. 1959-cu ildə Azərbaycan Pedoqoji Dillər İnstitunu bitirdikdən sonra təyinatla Zaqatala rayonunda orta məktəb müəllimi kimi 3 il işləmişdir. Daha sonra Bakıdakı orta məktəbdə müəllim kimi, Azərnəşrdə, Yazıçı nəşriyyatda bədii ədəbiyyat üzrə redaktor kimi fəaliyyətini davam etdirmişdir. 1992-ci ildən bu günə qədər Azərbaycan Dillər Universitetinin Tərcümə fakultəsində tədrislə məşğul olmuşdur, tələbələrinə tərcümə sənətinin incəliklərini, ingilis dilini yalnız bir dil kimi deyil bədii ifadə vasitəsi, ədəbiyyat dili kimi öyrədirdi.Uzun illər tərcümə sənəti ilə məşğul olan şair V. Şekspirin ölməz faciələri - "Romeo və Cülyetta", "Otello", "Hamlet", "Kral Lir", "Maqbet" və s. ingilis dilindən azərbaycan dilinə tərcümə etmişdir. V.Şekspirin "Sonetləri" (1980, 1992), "Pyeslər"i (1989) tərcümələri də kitab halında çap olunmuşdur. Frank Baumanın "Öz ölkəsinin möcüzələri", "Uzaq ellərdən doğma nəğmələr" kitablarının tərcüməsi də S.Mustafayevə aiddir. Bundan başqa o ingilis dilinin folklorundan, şifahi, klassik ədəbiyyatından nümunələr də tərcümə etmişdir. "Daha uşaq deyiləm" (1973), "Hədiyyə" (1982), "Məhəbbət ölmür" (1986), "Mən bu elin oğluyam" (1989), "Mənim taleyim" (1991), və s. şeir kitabları işıq üzü görmüşdür. Onun bədii yaradıcılığının zirvəsi isə “Türk sonetləri”dir, bu kitaba 263 sonet daxil edilmişdir. Bu sonetlərdə Türk dünyasının keçimişindən, gələcəyindən, bu günündən söhbət açılır. Türk dünyasının əzəmətini, qüdrətini özündə əks etdirən “Arazın fəryadı”, “Vətəndən vətənə”, “Ruhlar danışır” poemalarının da müəllifidir. Onun yazdığı “Nə gözəlsən ey Vətən”, “Yeni il”, “Novruz bayramı”, “Cənnət yurdum Qarabağ” və s. kimi şeirlərinə bəstəkar Rəşid Şəfəq musiqilər bəstələmişdir. XX əsrin 60-70-ci illərindən Azərbaycanda orijinaldan birbaşa tərcümə problemləri ilə geniş məşğul olmuş Sabir Mustafayev bir çox əcnəbi şairlərin Azərbaycan dilinə tərcüməsində böyük rol oynamış, belə tərcümənin gözəl nümunələrini yaratmışdır.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə tanınmış şair Sabir Mustafa “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Əsərləri
Kitabları:
"Daha uşaq deyiləm" (1973
“Meh əsəndə” (1980)
"Hədiyyə" (1982)
"Məhəbbət ölmür" (1986)
"Mən bu elin oğluyam" (1989)
"Mənim taleyim" (1991)
“Türk sonetləri” (2017)
Poemaları:
“Arazın fəryadı”
“Vətəndən vətənə”
“Ruhlar danışır”
Tərcümələri
- Frank Baum. “Öz ölkəsinin möcüzələri” (1980)
- Robert Berns. İnqilab nəğməsi; Mənim məhəbbətim (şeir). Ədəbiyyat və incəsənət, 1979, 24 fevral.
- Vilyam Şekspir. Dünya teatrdır (s.272-273); Nəğmə (s.273) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Pösi Bişi Şelli. İngilislər üçün nəğmə (s.274-275); Tək quş (s.275) (şeir); Ozimandiya (s.276) (sonet). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Robert Berns. İnqilab nəğməsi (s.277-278); Mənim məhəbbətim (s.278); Mənim qəlbim dağlardadır (s.278-279) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Con Gits. Göyərçin (s.280) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Robert Frost.“Qarğa qondu budağa...” (s.281); “İstəyirdim o quş uçsun kənara...” (s.281) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). 1-ci kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Lənqston Hyuz. Zənci (s.282); Mənim xalqım (s.282-283); Sakit qız (s.283); Sakitlik (s.283); Arzu (s.283); Payızda (s.283-284); Dənizdə bir lövhə (s.284); El həsrətli nəğmələr (s.284-285); Gülənlər (s.285-286); Həsrət (s.286) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Ceyn Teylə. Dan ulduzu (s.287) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Edis Seqəl. Əgər quş olsaydım mən (s.288) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). 1-ci kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Volt Vitmen. Ah, kapitan, can kapitan!.. (s.289) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Redyard Kiplinq.Əgər (s.290-291) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Ben Conson. Selyaya (s.292) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Tomas Mur. Axşam zəngləri (s.293) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Co Hill. Üsyançı qız (s.294-295) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Con Boyle O’reili. Avstraliya (s.296) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Anneun. Birəbitdən quşunun ölümü və dəfni (s.297) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- Oqden Nəş. “Elə bil ki, gündüzdür...” (s.299); Yaşıl şəhər (s.299) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.
- C.Q. Bayron. Ayrılanda; Könlüm qəmlidir; Ludditlərin nəğməsi; Həcv; Bir daha gəzmərik biz (şeir). Uzaq ellər, doğma nəğmələr. Bakı: Yazıçı, 1986, s.103-106.
- Uzaq ellər, doğma nəğmələr (folklor nümunələri, şerlər və poemalar). Bakı: Yazıçı, 1986, 198 səh.
- Robert Berns. Kim şərəfli yoxsulluqdan...; Findley (şeir). Azərbaycan, 1988, №4, s.123-124.
- V. Şekspir Sonetlər. Bakı: Azərnəşr, 1992, 176 səh.
- Vilyam Şekspir. Kral Lir (faciə). Mütərcim, 1996, №1, s.6-17.
- Vilyam Şekspir. Maqbet (faciə). Dünya ədəbiyyatı seriyası. Vilyam Şekspir. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Öndər, 2004, s.621-732.
- V. Şekspir. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Öndər, 2004, 736 səh.
- V. Şekspir Sonetlər. Dünya ədəbiyyatı; Vilyam Şekspir. Seçilmiş əsərləri 2 cilddə. II cild. Bakı: Öndər, 2004, 304 səh.
- Şekspir Vilyam. Romeo və Cülyetta; Hamlet; Otello; Kral Lir; Maqbet (faciə). Dünya ədəbiyyatı klassikləri seriyası. Vilyam Şekspir. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2009, 776 səh.
- Volles Co. Lenin (s.10) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab. Bakı: Yazıçı, 1983, 352 səh.