Sabir Bəşirov

Sabir Bəşirov (20 noyabr 1956-cı ildə Yardımlı r., Peştəsər k. – 21 sentyabr 2018 Yardımlı, Peştəsər) — görkəmli ziyalı, ədəbiyyatşünas, tənqidçi-esseist,filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü.

Sabir Bəşirov
Doğum tarixi 20 noyabr 1956(1956-11-20)
Doğum yeri
Vəfat tarixi 21 sentyabr 2018(2018-09-21) (61 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Ali
Fəaliyyəti yazıçı
Mükafatları "Qabaqcıl maarif xadimi"
"Metodist müəllim"

Həyatı

Sabir Bəşirov 20 noyabr 1956-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə bitirib. 1978-ci ildə BDU-nun filologiya fakültəsini, sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur.

Pedoqoji fəaliyyəti

Sabir Bəşirov 40 ilə yaхındır ki pedaqoji fəaliyyətlə məşğuldur. 1978-ci ildən Peştəsər kənd ümumi orta məktəbində müəllim işləyir. Sabir Bəşirov içərisində şəhid Şahlar Nəzərova, habelə yazıçı Anar və b. həsr edilmiş 15-dən çox kitabın, 100-ə qədər elmi məqalənin, çağdaş ədəbiyyatımızın nümayəndələri haqqında onlarla ədəbi-tənqidi məqalənin müəllifidir.[1]

Monoqrafiyaları

  • "Anar" (1994)
  • "Əlabbas: Sözün köhnə kişisi" (2005)
  • "Sabir Rüstəmхanlı: Sərhədsiz ruhumuzun yolçusu" (2006)
  • "60-cılar nəsrinin etik problemləri" (2006)
  • "Yaradıcılıq şəхsiyyətlə üst-üstə düşəndə..." (2010)
  • "Nizami Cəfərov: Şəхsiyyət və yaradıcılıq fenomeni" (2010)
  • "Nəriman Əbdülrəhmanlı: işıq adamı" (2010)
  • "Xanəli Kərimli: Bir ömrün nağılı" (2011)
  • "Firuz Mustafa: İdrakla hissin vəhdəti" (2012)
  • "Əjdər Ol: nəsrin imkanları" (2014)
  • "Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti"[2]

Vəfatı

Sabir Bəşirov çalışdığı Yardımlı rayon Peştəsər kənd orta məktəbində ürək tutmasından 62 yaşında dünyasını dəyişib.

Haqqında yazılanlar

Əsgər Rəsulov: Sabir Bəşirov haqqında portret oçerk

Mükafatları

Sabir Bəşirov 1989-cu ildə "Metodist müəllim" və "Qabaqcıl maarif xadimi" adlarını qazanmışdır.[2]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.