Sabir Abdulla
Sabir Abdulla (1950, Şəki, Oraban) — Azərbaycan şairi, ictimai xadim.
Sabir Abdulla | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şəki, Oraban |
Vəfat tarixi | |
Vəfat yeri | Moskva |
Vətəndaşlığı |
Həyatı
Sabir Abdulla 1950-ci ildə Şəkinin Oraban kəndində anadan olub[1]. Azərbaycan Politexnik İnstitutunu və M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirən Sabir Abdulla ədəbi yaradıcılığa şeir yazmaqla başlayıb. Bir neçə şeir kitabının müəllifidir. Onun tərcüməsində neçə-neçə rus yazarlarının əsərləri işıq üzü görüb.
Bir çox mükafatlara layiq görülüb, o cümlədən V.Tsıbin mükafatının laureatı olub.
Rusiya və Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.
Gözəl Azərbaycan şairi, ictimai xadim, səmimi insan Sabir Abdulla 2013-cü il yanvar ayının 8-də 63 yaşında Moskvada vəfat etdi.
İstinadlar
- ""Şair öldü" deyərsiz!". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.