Sabir Əliyev (geoloq)

Sabir Ağakişi oğlu Əliyev (1928, Bakı) — Geologiya-mineralogiya elmləri doktoru.

Sabir Əliyev
Sabir Ağakişi oğlu Əliyev
Doğum tarixi 1928
Doğum yeri
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
Təhsili

Samir Əliyev 1928-ci ildə Bakı şəhərində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya falültəsini bitirib. 1954-cü ildə "Neft və qaz yataqlarının geotermiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1954-1956-cı illərddə ADU-nun "Neft və qaz geologiyası" kafedrasında dosent vəzifəsində işləyib. 1958-ci ildən Geologiya institunda işləyir. 1968-cı ildən "Geotermiya" laboratoriyasına rəhbərlik edir. 1989-cu ildə "Cənubi Xəzər çökəkliyinin geotermik sahələri və onların neft-qazlılıqla əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Elmi fəaliyyəti

Elmi fəaliyyəti Cənubi Xəzər çökəkliyində və onun ətrafında geotermik sahələrin yayılması qanunauyğunluğunu və onların neft-qazlılıqla əlaqəsini öyrənmək, dərinlik istiliyinin xalq təsərrüfatında istifadəsi perspektivliyi, geotermik sahələrin ölçülməsi üçün cihazların və üsulların işlənib hazırlanması və geotermik sahələrin planalması ilə bağllıdır. İlk dəfə olaraq Azərbaycanın depressiya zonalarının neftli-qazlı rayonları üçün yeni üsul ilə temperatur sahələrini və istilik axınlarını əks etdirən istilik axınları xəritəsini tərtib etmişdir. Zamabn amilini nəzərə almaqla Cənubi Xəzər çökəkliyinin geotermin şəraitini modelləşdirmiş, neft və qazın əmələgəlmə intervallarını proqnozlaşdırmışdır. İlk dəfə olaraq Kürdəmir qravitasiya qalxımı üçün 1 saylı Saatlı ən dərin quyusunun məlumatları əsasında 8260 m dərinliyə qədər geotermik parametrlərin paylanmasını müəyyən etmişdir. 130-dan çox çap olunmuş işim müəllifi, 4 monoqrafiya və 4 ixtiranın həmmüəllifidir. "Azərbaycan SSR-in hidrogeotermik xəritəsi"nin, "SSRİ ərazisinin və ətraf rayonlarının istilik axını xəritəsi"nin tərtibçilərindən biridir. "Azərbaycanın geotermal atlası"nın müəlliflərindən biri və redaktorudur.[1]

Mənbə

  • Azərbaycanın geoloq və geofizik alimləri, "Nafta-Press" nəşriyyatı, 2004
  1. Əliyev, Əliyeva, Sabir, Zümrüd. Geotermiya-cənubi Xəzər hövzəsinin istilik sahəsi. Bakı: “Elm” nəşriyyatı. səh. 226 səhifə. 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.