Sabir Ələsgərov
Sabir Məmməd oğlu Ələsgərov (27 oktyabr 1936, Tiflis – 20 noyabr 2020, Bakı) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (1998).
Sabir Ələsgərov | |
---|---|
Doğum tarixi | 27 oktyabr 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 2020 (84 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | diktor |
Fəaliyyət illəri | 1966–2006 |
Mükafatları |
Həyatı
Sabir Məmməd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tbilisidə anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir.[1]
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayan Sabir Ələsgərov 1966–1972-ci illərdə radionun, 1972–1990-cı illərdə isə televiziyanın baş diktoru olmuş, 1990–2006-cı illərdə televiziyanın diktorlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. "Xəbərlər" informasiya proqramının, "Səadət", "Günün nəbzi", "Səfa" və kimi verilişlərin aparıcısı olmuşdur.[1]
Sabir Ələsgərov 20 noyabr 2020-ci ildə vəfat etmişdir.[2]
Təltif və mükafatları
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 4 noyabr 1998
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 8 may 1990
İstinadlar
- Ələsgərov Sabir Məmməd oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
- "AZTV-nin sabiq diktoru, xalq artisti Sabir Ələsgərov vəfat edib". Sputnik Azərbaycan. 20 noyabr 2020. 8 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2023.