Saak Sevada
Saak Sevada (doğum və ölüm tarixləri bilinmir) - X əsrin I yarısında Xaçın və Girdiman hakimi.[1] Qriqor Hamamın oğlu, Atrnersehin nəvəsidir. Onun hakimiyyətinə Parisos (Artsakın şimalı), Uti və Girdimanın xristianlarla məskunlamış əraziləri daxil idi. Saak Sevada, qızı ilə evlənmiş[2] erməni hökmdarı II Aşotun köməkliyi ilə Utili Movsesin üsyanını yatırmışdır. Saak Sevadanın digər qızı Şahanduxt isə Sünik knyazı I Smbatla evli olmuşdur. I Smbat Sünikin müstəqilliyini elan etdikdə Saak Sevada onun tərəfində duraraq erməni hökmdarı II Aşota qarşı çıxmışdı. II Aşotla döyüşdə məğlub olan Saak Sevada əsir alınmışdı. Erməni hökmdarı onun və oğlu Qriqorun gözlərini çıxartdırmışdı. Digər oğlu Hovannes Sənəkərim isə Parisos hakimi olmuşdur.[3]
Saak Sevada | |
---|---|
Xaçın və Girdiman knyazı | |
Əvvəlki | Qriqor Hammam |
Sonrakı | Böyük Qriqor |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | |
Vəfat tarixi | ? |
Atası | Qriqor Hammam |
Uşaqları |
oğulları: Qriqor, Hovannes Sənəkərim qızı: Şahanduxt |
Ailəsi | Arranilər |
Dini | xristian |
İstinadlar
- "Bax: Qeyd 58". 2011-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.
- "Hovannes Drasxanakertçi, LVIII". 2011-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.
- "Bax: Qeyd 158". 2007-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.