SUV

Sport utility vehicle, SUV və ya yolsuzluq avtomobili (az: idman təyinatlı avtonəqliyyat) həm çəkmə qabiliyyətinə, həm də pikap yük avtomobili xüsusiyyətinə sahib bir avtonəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsi həm mikroavtobus, həm də station wagon xüsusiyyətlərini özündə birləşdirir. Bundan əlavə, asfalt olmayan ərazilərdə də hərəkət edə bilər.

2017 model bir Hyundai Tucson.

Bəzi ölkələrdə bu vasitələrə “yolsuzluq avtomobili”, “dörd təkərdən çəkməli avtonəqliyyat” və ya “4WD” (4 Wheel Drive) deyilir. Bununla birlikdə, bütün SUV avtomobillərinin dörd təkərdən çəkmə qabiliyyəti olmadığı kimi, bütün 4WD avtonəqliyyat vasitələri də SUV deyil. Off-road nəqliyyat vasitələri tamamilə fərqli bir sinifdir və asfalt və ya asfalt yollardan başqa yollar üçün dizayn edilmişdir. Bəzi SUV avtomobillərinin yolsuzluq xüsusiyyətləri olsa da, bu xüsusiyyət əsasən bu cür nəqliyyat vasitələri üçün ikinci dərəcəli xüsusiyyətdir. Bir çoxunun 2WD, 4WD yüksək çəkmə və 4WD aşağı çəkmə qüvvəsinin birindən digərinə keçid imkanı yoxdur. SUV avtomobillərinin gövdəsi digər minik avtomobillərinə nisbətən daha yüksək və daha geniş görünür. Yüksək və geniş korpusun yaratdığı ağırlığı daşıya bilmək üçün SUV nəqliyyat vasitələrinin mühərrikləri daha yüksək həcmdə olur və daha çox yanacaq sərf edirlər.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.