SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası (rus. Военная коллегия Верховного суда СССР, Voennaya kollegiya Verxovnovo suda SSSR) — 1924-cü ildə Sovet İttifaqı Ali Məhkəməsi tərəfindən Qırmızı Ordu və Donanmasının ali hərbi və siyasi heyəti üçün yaradılmış məhkəmə.[1] Bundan əlavə, hərbi müraciətlərə və hərbi tribunallara bilavasitə nəzarət orqanı idi.
1926–1948-ci illərdə kollegiyanın sədri Vasili Ulrix olmuşdur.[2]
Hərbi Kollegiyanın rolu 1934-cü ilin iyunundan sonra, əks-inqilabi fəaliyyətin 58-ci maddəsinə aid olan işlərə baxılması səlahiyyətlərinin əlavə edilməsindən ilə kəskin şəkildə dəyişmişdi.
1937–1938-ci illərdə Böyük təmizləmə zamanı Hərbi Kollegiya, adətən, İosif Stalinin şəxsən təsdiq etdiyi siyahılara əsaslanaraq nisbətən tanınmış şəxsləri mühakimə edirdi.[3] 58-ci maddə üzrə təqsirləndirilən şəxslərin işlərinin əksəriyyətinə NKVD üçlükləri məhkəmədənkənar şəkildə baxırdı. Hərbi Kollegiya əsas Sovet açıq məhkəmələrini həyata keçirirdi.[4]
Kollegiya həmçinin Polşa Daxili Ordusunun sonuncu komandiri general Leopold Okuliçki və Polşa hökumətinin nümayəndəsi Yan Stanislav Yankovskinin məhkəməsində də iştirak etmişdir.[5]
Sədrlər
- 1923–1926: Valentin Trifonov
- 1926–1948: Vasili Ulrix
- 1948–1957: Aleksandr Çeptsov
- 1957–1964: Viktor Borisoqlebski
- 1964–1971: Nikolay Çistyakov
İstinadlar
- Terrill, Richard J. World Criminal Justice Systems: A Comparative Survey. 2013. ISBN 9781455725892. 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- "Moscow Trials 1936, August 23 (Evening session)". 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- Jansen, Marc; Petrov, Nikita. "Mass terror and the court: The Military Collegium of the USSR". Europe-Asia Studies. 58 (4). 2006: 589–602. doi:10.1080/09668130600652159.
- Erickson, John. The Soviet High Command: A Military-political History, 1918-1941: A Military Political History, 1918-1941. 2013-07-04. ISBN 9781136339523. 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- "General Leopold Okulicki (From the left) and Jan Stanisław Jankowski heard before the Military Collegium of the Supreme Court of the U.S.S.R". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.