SAT (Türkiyə)

Dünyanın ən yaxşı xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur Su Altı Taaruz (SAT) və Su Altı Savunma (SAS) xüsusi təyinatlıları istənilən şəraitdə, həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadir birlik kimi özünü doğruldub. Ekranlarda ilk dəfə 1996-cı ildə görünən, SAT komandoları baş nazir Tansu Çillərin "o əsgər gedəcək, o bayraq enəcək", - deməsindən sonra kiçik qayıqlarla Kardak adasına yaxınlaşıb, oradakı qayalıqlara qaldırılmış yunan bayrağını endirdilər. Kardakda yenidən Türk bayrağı dalğalandı. İş o yerə çatdı ki, kiçik bir SAT komando qrupu ərazidəki yunan hərbi gəmilərinə təhdid yaratdı. Məsələ beynəlxalq səviyyəyə çıxdı. Sonradan SAT komandolarından biri mətbuata müsahibəsində bildirmişdi ki, Kardak əməliyyatını uğurla reallaşdıran SAT qrupu ərazidəki 2 yunan hərbi gəmisini zəbt etmək üçün komandanlığın əmrini gözləyirmiş.

Sualtı Hücum
Su Altı Taarruz Grup Komutanlığı
Növü Xüsusi Təyinatlılar
Yaranma tarixi 1963–günümüzə
Ölkə Türkiyə Türkiyə
Tabedir Türkiyə Silahlı Qüvvələri
Daxildir Türkiyə Hərbi Dəniz Qüvvələri
Tərkibi Zabit və gizirlərdən ibarətdir
Vəzifəsi Kəşfiyyat
Anti-terror əməliyyatları
Döyüş axtarış-xilasetmə əməliyyatları
Qərargah Ankara
Şüarı "Zoru hemen başarırız, imkansız ise zaman alır."
Təchizatı Müasir silahlar
Müharibələr Kipr Sülh Hərəkatı, Suriyada vətəndaş müharibəsi
Döyüşlər Fərat Qalxanı əməliyyatı, Kardak əməliyyatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
SAT - Su Altı Taaruz
SAS - Su Altı Savunma

SAT-çılara 1999-cu ildə PKK-nın lideri Abdullah Öcalanı İmralıya aparmaq həvalə olundu. Bir neçə il əvvəl isə SAT/SAS birliyi İsrailin Livana təcavüzü zamanı Beyrutdakı 200 nəfər türkün bu ölkədən təxliyyəsini həyata keçirməklə öz adını dünyanın hərb tarixinə yazdı.

Dünyanın ən təhlükəli əsgərləri

Türkiyə SAT-ı özünü dünyaya duyurduğundan xarici hərbi nəşrlərdə "dünyanın ən təhlükəli əsgərləri" adlanmağa başlayıb. İlk dəfə 1963-cü ildə amerikanlar tərəfindən Sovetlər Birliyinə qarşı yaradılmış SAT/SAS birliyi elə hazırlanmışdı ki, lazım gəldikdə dənizin içində qurulmuş "məftil çəpərlərin" o biri tərəfinə keçməklə təhlükələrə anında qarşılıq verməli idi. Bu birlikləri atom silahları üzrə mütəxəssis olan amerikalı polkovnik Bob Gallagher hazırlayıb. Təlimlər o qədər ağır olub ki, ilk kursa seçilmiş 76 nəfərdən kursun sonuna 11 nəfər qalıb. Sonradan Vyetnam savaşı zamanı hər il iki türk bölüyü ABŞ-da təlimlərə qatılaraq müasir sualtı döyüş metodlarını, silahlardan istifadə, nüvə silahları ilə mübarizə və s. metodları öyrəniblər.

Sovetlərə qarşı dayanan SAT-lar ilk hərbi əməliyyata 1974-cü ildə Şimali Kiprdə girib. Kipr əməliyyatı öncəsi iki qrupa ayrılan komando birliyinin 24 nəfərlik SAT1 qrupu Girnə limanı önündə dənizə döşənmiş minaları təmizləyib, sahili və körpülərin girişini tutur. Girnədəki digər komando birlikləri isə öncədən nişanlanmış binalara girərək, önəmli bilgiləri ələ keçirir. Bundan sonra SAT birliyi bir itki belə vermədən Girnəni yunanlardan azad edir. Bu zaman şəxsi heyəti daha çox olan SAT2 qrupu İzmir yaxınlığında 12 adanı ələ keçirmək üçün əmr gözləyirdi.

Türkiyə mətbuatında yer almış bilgilərə görə, SAT-lar heç bir qayıq və su motosikli olmadan İzmirdən sahildəki 12 adaya və Yunanıstana qədər 30, Mərsindən Kiprə qədər 40 km məsafəni üzərək qət edib orada əməliyyatlar həyata keçirmək gücünə malikdirlər.

Türk komandosunun "cəhənnəm həftəsi"

SAT/SAS birliklərinə alınan komandolar çox ciddi və ağır sınaqlardan keçirlər. Bu səbəbdən də komando kursuna yazılanların əksəriyyəti kursu başa çatdırmadan seçdikləri peşədən imtina edir. Ümumilikdə SAT/SAS komando birlikləri əsasən zabitlərdən və gizirlərdən təşkil olunur. Onların seçimi bir neçə sınaq mərhələsində aparılır.

Seçimin ilk mərhələsində komandolar boş bir adaya götürülür. Üzərlərində paltardan savayı heç nə olmayan əsgərlər 6 km məsafəni bir saata qət etmək tapşırığı qoyulur. Komandolar gedəndən 10 dəqiqə sonra onların ardınca vəhşi köpəklər buraxılır. Çətin ərazini keçmək tapşırığı alan komandolar eyni zamanda bu itlərlə də mübarizə aparmalıdırlar. Təlimləri izləyən jurnalistlərin yazdığına görə, çox zaman silahsız komandolar həmin köpəkləri yalın əllə və dişləri ilə parçalamalı olurlar.

Seçimin sonrakı mərhələsində komandolar dənizin ortasına aparılır və suya buraxılır. Onların bir saat sonra başqa bir qayıqla aparılacağı bildirilir. Amma qayıq 3 saat sonra gəlir və sudakı komandoların yanından dayanmadan keçir. Komandolar bacarıb qayığa minməlidirlər. Minə bilməyənlər daha 3 saat suda gözləməli olur.

SAT komando kursu "cəhənnəm həftəsi" ilə yekunlaşdırır. Əsas imtahanlar da elə "cəhənnəm həftəsi"ndə olur. Təkcə bıçaqla kimsəsiz meşəyə və ya adaya buraxılan komando bir həftə ərzində ilan və qurbağaları yeməklə yaşamaq uğrunda mücadilə aparmalıdır. Bu, komandonun gələcəkdə istənilən şəraitə uyğunlaşması, əsl komando olması üçün çox vacibdir.

Ehtiyatda olan SAT komandolarından biri sonradan etiraf edirdi ki, bəzən təlimlərdə balıqların beldən aşağısını yedikləri SAT-çıların cəsədlərinə, dənizin dibində dəmirlərə ilişib qalmış skletlərinə rast gəlinir. Bununla belə, yarandığı 50 illik dönəmdə SAT komandolarının cəmi 21 itki verməsi onların yüksək hazırlıqlı olmasını göstərir...

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.