S-400

S-400 Triumf (rusca: C-400 Триумф; NATO kod adı: SA-21 Growler) və ya digər adı ilə S-300 PMU-3 Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. S-400 sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləri. S-400 hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur.[2]

S-400 Triumf
Tipi Zenit raket kompleksi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 28 aprel 2007 - davam edir[1]
İstismara başlanması 28 aprel 2007
İstismar edənlər Rusiya Rusiya
Çin ÇXR
İstehsal tarixçəsi
Konstruktor Almaz-Antey konserni
İstehsalçı MKB Fakel
İstehsal sayı 40 divizion
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qərb analitiklərinin fikrincə, S-400 zenit-raket kompleksi "İskəndər" OTRK və Bastion sinifli sahil gəmi əleyhinə raket kompleksləri kimi sistemlərlə yanaşı Qərbdə "Giriş Qadağa Zonası" (A2/AD) kimi məlum olan Rusiyanın yeni konsepsiyasında əsas rolu oynayır.

Təsvir

Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura biləcək. Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkar etməni təmin edir. Raketlər 5 m-dan başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər (müqayisə üçün: Amerika kompleksi "Petriot" yalnız ən azı 100 m hündürlükdə hədəfləri vura bilir). Raketlərin bir neçə tipindən (müxtəlif start kütləsi və işəsalma uzaqlığına malik olanlardan) istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.

Hərbi Hava Qüvvələrinin baş komandanının sözlərinə görə, "onlar intensiv radio elektron yatırılması şəraitində hava hücumunun müasir vasitələrinin hücumlarının qarşısını almağa və müxtəlif hava şəraitlərində döyüş tapşırıqlarını effektiv yerinə yetirməyə qabildirlər".

Sistemin tərkibi

Sistemin baza tərkibi 40R6 (S-400)

  1. 30K6E idarəetmə vasitələri
  2. 6-a qədər 98J6E zenit raket kompleksi. Maksimum 10 hədəflə onlara 20 raketin tuşlanması
  3. Zenit raketləri 48N6E, 48N6E2, 48N6E3
  4. Sistemin texniki təminatının kompleksi vasitələri

Raketləri

S-400 sistemində istifadə olunan raketlər Rusiya Hərbi Hava Qüvvələrindəki mövcud HHM sistemlərinin sayını azaltma proqramına paralel olaraq qısa, orta və uzun məsafələrdə eyni anda istifadə oluna biləcək fərqli raketlərdən seçilmişdir.

Orta mənzilli 9M96 raketi 120 km mənzilə sahib olan idarəolunan raketdir və hədəfi vurma qabiliyyəti təyyarələrə qarşı 0.9, pilotsuz uçuş aparatlarına (PUA) qarşı 0.8 olaraq hesablanmışdır. Bu raketin digər bir növü olan 48N6DM 30 aprel 2004-cü ildə Kaputsin Yar test mərkəzində sınaqdan çıxarılmışdır.

400 km mənzilə sahib yeni bir raket olan 40N6 siqnal qarışdırıcı təyyarələr və ballistik raketlərə qarşı istifadə olunur. 4.8 km/saniyə sürətə malik olan bu raketlər özü ilə eyni sürətdə hərəkət edən hədəfləri vurmaq qabiliyyətinə sahibdir.

Sınaqlar

12-13 iyul 2007-ci ildə "Kapustin Yar" poliqonunda hədəflər üzrə atışlar keçirilirdi. Birinci hədəf 2800 km/saat sürətdə uçarkən vurulmuşdur, ikinci "Qaban" raket-hədəfi aşkar edilmişdi və sonra 16 kilometr hündürlükdə vurulmuşdur. 18 fevral 2011-ci ildə yeni texnikanın yoxlamasının gedişatında 210-cu zenit-raket alayının iki divizion S-400 ZRS iştirak etdi və 550 m/san sürətdə uçan hədəf vurulmuşdur. 28 iyun 2012-ci il HHQ-RHQ qoşunlarına komandanlıq edən Rusiya Federasiyasının hava-kosmik müdafiəsinin qoşunlarının general-mayoru Andrey Demin bildirdi ki, zenit raket sistemləri S-400 üçün yeni uzaq raket artıq sınaqları keçdi və tezliklə o qoşunlara daxil olacaq. 2013-cü ilin avqustunda ZRS S-400 sınaqları ilk dəfə taktiki təlim çərçivəsində keçirilmişdi.

İstifadəçilər

Cari istifadəçilər

  • Rusiya Rusiya: 46 divizion (368 buraxıcı qurğu).[3][4]
  • Belarus Belarus: 2011-ci ilin sentyabr ayında S-400 satın almağa çalışdıqları elan edilmişdir. Rəsmi açıqlamaya görə S-400 sistemlərinin tədarükü 2015-ci ildə başlamışdır. 2016-cı ilə olan məlumata əsasən 2 sistem əldə olunmuşdur.[5]
  • Türkiyə Türkiyə: 28 aprel 2017-ci ildə Türkiyənin Xarici İşlər Nazirliyi Rusiya ZRK S-400-ü çatdırılmasına razılaşma olduğunu bildirdi[6]. 12 sentyabr 2017-ci ildə Türkiyəyə sistemlərin çatdırılma müqaviləsinin imzalanması elan edilmişdir.[7] Rusiyanın "Rostex" dövlət şirkətinin baş direktoru Sergey Çemezov bildirib ki, Türkiyə Rusiyadan 2.5 milyard ABŞ dolları qarşılığında 4 divizion S-400 "Triumf" kompleksi satın alacaq.[8] S-400 2019-cu ilin iyul ayının 15-də plana uyğun şəkildə Türkiyəyə çatdırılıb və ilkin olaraq Ankara yaxınlığında xidmətə başlayıb.

Gələcək istifadəçilər

  • Çin ÇXR: Rəsmi açıqlamaya görə ən azı 6 divizion satın alınacaq.[9][10]
  • Hindistan Hindistan: 2015-ci ilin dekabr ayında Hindistan Müdafiə Nazirliyi 5 divizion S-400 HHM sistemi satın alınacağını təsdiqləmişdir.[11] Hindistanla Rusiya arasında bağlanacaq müqavilənin dəyərinin təqribən 11 milyard dollar həcmində olacağı gözlənilir. 2015-ci ilin dekabrında Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfəri zamanı bu müqavilə barəsində formal razılıq əldə olunmuşdur.[12] 22 dekabr tarixində isə Hindistanın Təhlükəsizlik Komitəsi (CCS) belə bir razılığın əldə olunduğunu təsdiqləmişdir.
  • Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı: Satınalma barədə müqavilə 2017-ci ilin oktyabr ayında Səudiyyə kralı Salman bin Əbdüləzizin Moskvaya rəsmi səfəri zamanı imzalanmışdır. Müqavilənin ümumi dəyəri 3 milyard ABŞ dollarından çoxdur.[13][14]
  • Əlcəzair Əlcəzair[15][16]

Potensial alıcılar

  • Misir Misir: 2017-ci ilin əvvəlində Rusiya ilə danışıqlara başlamışdır.
  • Bəhreyn Bəhreyn: Rusiya tərəfi ilə danışıqlar davam edir.[17]
  • İran İran[18]
  • Qazaxıstan Qazaxıstan: Rusiya ilə ortaq HHM qoşunlarının yaradılması haqqında müqavilə Qazaxıstana bu sistemləri almağa kömək edə bilər.[19]
  • Vyetnam Vyetnam: Rusiyanın bu sistemləri 2015-ci ildən sonra Vyetnama təhvil verəcəyi gözlənilir.[20]

Qəzalar

  • 2020-ci il avqustun 26-da Rusiya ordusunun Havadan Müdafiə Qüvvələrinin Həştərxan vilayətindəki Aşuluk hərbi poliqonunda “Army 2020” beynəlxalq ordu oyunlarına qatılan heyəti S-400 “Triumf” zenit-raket kompleksindən raket atışı həyata keçirib. Lakin raket uçmaqdan “imtina edib” və geri qayıdaraq hərbçilərin üstünə düşüb. Ehtimal edilir ki, raketin yürüş mühərriki işə düşməyib və nəticədə o, start mühərriki ilə bir neçə metr yuxarı qalxdıqdan sonra “geri qayıdıb”.[21]

Həmçinin bax

İstinadlar

  1. "ЗРС С-400 Триумф" [S-400 Triumf] (Russian). S400.ru. 2001-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017.
  2. "Turkey and Russia cosy up over missiles". The Economist. 4 may 2017. 6 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017.
  3. "Arxivlənmiş surət". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  4. "В Северодвинске заступил на дежурство дивизион С-400". 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.
  5. "Россия установит в Белоруссии ракетные системы С-400 "Триумф"". KM.RU Новости – новости дня, новости России, последние новости и комментарии. 2018-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.
  6. "В Турции заявили, что договорились с Россией о покупке C-400". РИА Новости. 28.04.2017. 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.
  7. "Россия объявила о подписании контракта с Турцией на поставку С-400". Lenta.ru. 2017-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12-09-2017.
  8. "Türkiyəyə S-400 komplekslərinin ilk partiyasının 2020-ci ilin mart ayında çatdırılması planlaşdırılır". Azeri Defence. 27 dekabr 2017. 2017-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2017.
  9. "ВЕДОМОСТИ – Главная". vedomosti.ru. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.
  10. "Китай купил у России несколько дивизионов ЗРС С-400". rg.ru. 2017-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.
  11. "Индия купит у России пять ЗРК С-400 "Триумф"". 2018-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017.
  12. "India seals Rs 70,000 cr missile deal with Russia". 2022-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.
  13. "Saudi Arabia Eyes Russian S-400 Missile Defense Systems - Rostec Head". Sputnik. 9 noyabr 2015. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017.
  14. "Arxivlənmiş surət". 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  15. "Arxivlənmiş surət". 2017-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  16. "Arxivlənmiş surət". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.
  17. "Arxivlənmiş surət". 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  18. "Россия и Иран возобновят переговоры о поставке комплексов С-300". lenta.ru. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.
  19. "Kazakhstan to get first S-400 air defense systems after 2015". En.tengrinews.kz. 15 mart 2013. 2020-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017.
  20. "Việt Nam có thể mua S-400 của Nga" [Vietnam could buy Russia's S-400] (Vietnamese). 1 fevral 2012. 2012-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.
  21. S-400 raketi uçmadı, qayıdıb hərbçilərin üstünə düşdü

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.