Səyavuş Sərxanlı
Səyavuş Sərxanlı — Şair, publisist, 1971-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1977–1985), "Məmməd Araz" (1991), "Nəcəf Nəcəfov" (2000), Ümumittifaq N.Ostrovski (1980) mükafatları laureatı.
Səyavuş Sərxanlı | |
---|---|
Səyavuş Əli oğlu Sərxanlı | |
Doğum tarixi | |
Doğum yeri | Şəmkir, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | şair, publisist |
Mükafatları |
Həyatı
Sərxanlı Səyavuş Əli oğlu 1942-ci il fevralın 28-də Şəmkir rayonunun Sərxan kəndində (indiki Şəmkir şəhəri salınan ərazidə) dəmirçi ailəsində anadan olmuşdur. Nizami adına Şamxor şəhər orta məktəbini qızıl medalla bitirib N.Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutuna daxil olmuşdur. Lakin öz arzusu ilə təhsili yarımçıq buraxıb istehsalat və mədəniyyət sahələrində çalışmışdır: taun əleyhinə səyyar mübarizə dəstəsində (Şamxor-Ağcabədi), 23 saylı Yevlax tikinti idarəsində fəhlə, Nizami adına Şamxor şəhər orta məktəbində çilingər-montyor, Şamxor şəhər pionerlər evi uşaq xorunun dirijoru, mədəniyyət evi dram dərnəyinin rəhbəri, "Ulduz" rayon qəzetində korrektor olmuşdur.
ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1962–1967). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, ilk qələm təcrübələrini "Qırmızı Şamxor" rayon qəzetində çap etdirmişdir. Lakin 1961-ci ildə "Azərbaycan gəncləri" qəzetində Xalq şairi Nəbi Xəzrinin təqdi-matı ilə "Cığır" və "Səslədi məni" şeirlərinin dərc olunması onun poetik yaradıcılığında dönüş yaratmışdır. Poetik tərcümə ilə də məşğuldur. "Ulduz" jurnalında ədəbi işçi, nəsr, poeziya şöbəsinin müdiri işləmişdir. Azərbaycan Yazıçılar Birliyinin göndərişi ilə Moskvaya – SSRİ Yazıçılar Birliyinin M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ali ədəbiyyat kurslanna təhsil almağa getmişdir (1980).
"Azərbaycan" jurnalı redaksiyasının əməkdaşı (1983–2005) olub. Yazıçılar Birliyinin oçerk və bədii publisistika şurasının üzvü idi. SSRİ Yazıçılar İttifaqının Bədii Publisistika Şurasının Üzvü olub.
Gənc şairlərin Alma-Atada keçirilən Ümumittifaq poeziya festivalında (1969), Sibirdə Sovet ədəbiyyatı günlərində (1975), Pribaltikada Azərbaycan poeziya günlərində (1976) iştirak etmişdir. Sovet jurnalistləri dəstəsində İtaliyada səfərdə olmuşdur (1978). SSRİ-Kampuçiya Dostluq Cəmiyyəti Azərbaycan şurasının üzvü olmuşdur. "Molodaya qvardiya" jurnalının xüsusi mükafatına layiq görülmüşdür (1981).
2005-ci il iyulun 1-də vəfat edib.
Əsərləri
- Qayıt (şeirlər). Bakı: Gənclik, 1968, 24 səh.
- Dünya sevənlərindir (şeirlər). Bakı: Gənclik, 1971, 82 səh.
- Anamın səsi gəlir (şeirlər). Bakı: Gənclik, 1978, 118 səh.
- Yormaz bu yollar məni (yol qeydləri, publisistika). Bakı: Yazıçı, 1979, 202 səh.
- Mənim nərgizli dünyam (şeirlər və poemalar). Gənclik, 1980,
- Yaxın, uzaq ellərdə. Bakı: Yazıçı, 1982, 194 səh.
- Duz-çörək (şeirlər və poemalar). Bakı: Yazıçı, 1986, 160 səh.
- Məni soruşan olsa… (seçilmiş lirika, ədəbi portretlər, esselər). Bakı: Yeni nəsl, 2003,
Tərcümələri
(ruscadan)
- Zəki Nuri. Qovaqlı sahillər. Bakı: Yazıçı, 1979, 86 səh.
- Muetdin Çarinov. Dağlı sevgisi. Bakı: Yazıçı, 1984, 82 səh.
- Muetdin Çarinov. Ömrün şirin günləri (şeirlər və poema). Bakı: Yazıçı, 120 səh.
- A.Aripov. Bir cüt qara göz (şeirlər və poema). Bakı: Yazıçı, 1988, 87 səh.
- Nodar Dumbadze. Əbədiyyət qanunu (roman). Bakı: Yeni nəsil, 2003,