Səttar Möhbalıyev
Səttar Suliddin oğlu Möhbalıyev (28 oktyabr 1955, Qıvraq, Noraşen rayonu) — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Səttar Möhbalıyev | |
---|---|
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri | |
Vəzifədədir | |
6 fevral 1993-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum adı | Səttar Suliddin oğlu Möhbalıyev |
Doğum tarixi | 28 oktyabr 1955 (68 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı, siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Həyatı
Səttar Möhbalıyev 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980–1993-cü illərdə Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdır. 6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir. Eyni zamanda, 2006-cı ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsininin sədridir.
İqtisad elmləri doktoru, professordur. Evlidir, üç övladı var.
İctimai-siyasi fəaliyyəti
1992-ci ildə S. Möhbalıyevin rəhbərliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədilə təşkilat komissiyası yaradılmış və 1993-cü ilin fevralında AHİK-in təsis qurultayı keçirilmişdir. Təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə S. Möhbalıyev AHİK-in sədri seçilmişdir. 1998, 2003, 2008, 2013, 2018-ci illərdə AHİK-in I, II, III, IV və V qurultaylarında yenidən bu vəzifəyə seçilmişdir. 2006-cı ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının Məclisində İttifaqın sədri seçilmişdir.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) 2014-cü il mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində keçirilmiş 3-cü qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S. Möhbalıyev qurumun vitse-prezitenti seçilmişdir.
Mükafatları
- "Şöhrət" ordeni;
- Ümumhəmkarlar İttifaqları Konfederasiyasının gümüş medalı;
- Rusiya Federasiyasının Rabitə İşçilərinin Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Rəyasət Heyətinin qızıl ordeni;
- Neftqaztikinti həmkarlar ittifaqları Beynəlxalq Federasiyasının diplomu və mükafatı.