Sərxan Sərxan (qatil)

Sərxan Bişara Sərxan[4] (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان; 19 mart 1944[1][2], Qüds[3]) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır.

Sərxan Sərxan
Doğum tarixi 19 mart 1944(1944-03-19)[1][2] (80 yaş)
Doğum yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.