Sərxan Sərxan (müğənni)
Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; 18 iyun 1952, Bakı) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018).
Sərxan Sərxan | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Sərxan Rəşid oğlu Qurbanbəyov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı vilayəti, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Janr | estrada[d] |
Mükafatları |
Bioqrafiya
Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib.
30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb.[1]
Diskoqrafiya
Filmoqrafiya
- Musiqi mağazası (1981)
- Musiqi müəllimi (film, 1983)
- Ürəkdən ürəyə yol
- Oxuyur Sərxan Sərxan
- Təqib (2012)
İstinadlar
- President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
- Q., Fərhad. "Дискография". sarhan-sarhan.ru. 2009. 30 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2018.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.