Sərxan Əliyev (boksçu)
Sərxan Əliyev (29 iyul 1998[1], Naxçıvan) — Azərbaycanı təmsil edən boksçu. 2021-ci il Dünya Çempionatının bürünc medalçısı.
Sərxan Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Sərxan Nəriman oğlu Əliyev |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Azərbaycan |
İdman növü | Boks |
Məşqçisi | Nəriman Əliyev |
Həyatı
Sərxan Nəriman oğlu Əliyev 1998-ci il avqustun 27-də Naxçıvan şəhərində anadan olub. Şəxsi məqşçisi Nəriman Əliyevdir. Tayfur Əliyevin qardaşıdır.
Karyerası
Sərxan Əliyev 2021-ci ildə Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində Şotlandiya nümayəndəsi Stefen Nevnsa (5:0), 1/8 final mərhələsində Yaponiya təmsilçisi Yuta Ahiyamaya (5:0), 1/4 final mərhələsində isə ABŞ nümayəndəsi Obed Barte-Ela (4:1) qalib gələn Sərxan Əliyev, yarım-final mərhələsində Ukrayna təmsilçisi Yuri Zaxareyeva məğlub oldu (0:5) və Dünya Çempionatının bürünc medalına sahib oldu.[2]
Uğurları
Dünya Çempionatı | Serbiya |
İstinadlar
- Sarkhan Aliyev at l'Equipe // https://www.lequipe.fr/Boxe/AussiFicheAthlete194369.html.
- Amateur-boxing.strefa.pl idman portalı. "2021 World Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.