Sərvətsəza Qadınəfəndi

Sərvətsəza Qadınəfəndi (d. 1824 - ö. 24 sentyabr 1878) — 31. Osmanlı sultanı Əbdülməcidin ilk xanımı.

Sərvətsəza Qadınəfəndi
سيرفيت سيزا رئيسة المرأة
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Maykop, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı I Əbdülməcid

Həyatı

Sərvətsəza xanım 1824-cü ildə Rusiyanın Maykop şəhərində dünyaya gəlmişdir. Ailəsi kabardey əsillidir. Özündən başqa Andok bəy (ö. 1886) və Süleyman bəy (ö. 1896) adlı 2 qardaşı və Fatma xanım adlı bacısı vardı. 1838-ci ildə Sərvətsəza xanım doğulduğu şəhəri tərk etdi və İstanbula gəldi. Sultan I Əbdülhəmidin qızı Əsma Sultanın nədiməsi olaraq Osmanlı sarayına daxil olur. Sultan I Əbdülhəmidin vəfatından sonra qardaşı oğlu Əbdülməcid Əfəndi taxta çıxmış, Əsma Sultan da cülus hədiyyəsi olaraq Sərvətsəzanı yeni sultana hədiyyə etmişdir.

1839-cu ildə Sultan Əbdülməcidlə evlənən Sərvətsəza xanım Osmanlı sarayının baş qadınəfəndisi oldu. Nigahın ardından ailəsini də İstanbula gətirdən Sərvətsəza xanım bacısı Fatma xanımı da saraya alaraq hərəm xəzinədarı təyin etmişdi. Ancaq övladı olmurdu. Sultan Əbdülməcidin digər xanımı Gülcamal Qadınəfəndinin vəfatının ardından onun övladlarını - Fatma Sultan, Rəfiyə SultanMehmed Rəşad Əfəndini himayəsinə aldı. 1853-cü ildə Validə Bəzmialəm Sultanın vəfatının ardından hərəmin idarəsini ələ aldı.

Sultan Əbdülməcidin 1861-ci ildə vəfat etməsinin ardından Beyoğlu sarayına köçürülən Sərvətsəza xanım ögey oğlu Murad Əfəndiyə çox bağlıydı və taxta çıxmasını istəyirdi. Ancaq baş verən siyasi hadisələrin ardından Sultan Əbdülhəmid taxta çıxmışdı. Rəvayətə görə, Ramazan ayında bir gecə Sultan Əbdülhəmidi ziyarət edən Sərvətsəza xanım taxtı oğulluğu Murad Əfəndiyə geri qaytarmasını istəmiş, bundan qəzəblənən Sultan Əbdülhəmid Sərvətsəza xanımı Beyoğlundakı sarayında zəhərləyərək öldürmüşdür. 25 sentyabr 1878-ci ildə vəfat edən Sərvətsəza xanım Sultan Səlim məscidində dəfn edildi.

Mənbə

  • Charles White (1846). Three years in Constantinople; or, Domestic manners of the Turks in 1844. London, H. Colburn
  • Necdet Sakaoğlu (2007). Bu Mülkün Kadın Sultanları. Beyoğlu, İstanbul : Oğlak Yayıncılık ve Reklamcılık
  • Fanny Davis (1986). The Ottoman Lady: A Social History from 1718 to 1918. Greenwood Publishing Group
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.