Sərvət Çətin

Sərvət Çətin (17 mart 1981[1], Duzluca, İğdır ili) — Əskişəhərspor və Türkiyə milli futbol komandasında oynayan Azərbaycan əsilli futbolçu.[2]

Sərvət Çətin
Ümumi məlumatlar
Doğum tarixi 17 mart 1981(1981-03-17)[1] (43 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 191 sm
Çəkisi 84 kq
Mövqeyi müdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1998—2001 Türkiyə Qartalspor 54 (1)
2001—2002 Türkiyə Göztəpə 32 (1)
2002—2003 Türkiyə Dənizlispor 44 (2)
2003—2006 Türkiyə Fənərbaxça 57 (4)
2006—2007 Türkiyə Sivasspor 32 (2)
2007—2012 Türkiyə Qalatasaray 117 (10)
2012—h.h. Türkiyə Əskişəhərspor 24 (2)
Milli yığma[* 2]
2002—2003 Türkiyə Türkiyə (21 yaşlılar) 17 (0)
2003—2011 Türkiyə Türkiyə 59 (3)
Təltif və medalları
Konfederasiyalar kubokları
Bürünc Fransa 2003
Avropa çempionatları
Bürünc Avstriya/İsveçrə 2008

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 7 iyul 2013 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 7 iyul 2013 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Sərvət Çətin 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib.[3]

30 iyul 1999-cu ildə İstanbulun "Qartalspor" klubunda peşəkar futbolçu karyerasına başlayıb. Sonra transfer olunduğu Göztəpə klubu Türkiyə milli futbol çempionatının yüksək liqasına çıxıb. 2002-ci ildə yüksək liqada oynayan digər bir kluba — Dənizlispora transfer olunub. Dənizlisporun heyətində uğurlu oyunu ilə yadda qalıb. 1 sentyabr 2003-cü ildə Fənərbaxçaya transfer olunub. Bu klubun heyətində 2 dəfə Türkiyə çempionu adını qazanıb. Amma zədə aldığına görə uzun müddət yaşıl meydana çıxa bilməyib Fənərbaxçanın baş məşqçisi Ziko ona əsas heyətdə yer vermədiyinə görə 30 avqust 2006-cı ildə Sivasspora transfer olunub. Bu klubun heyətində 2006/2007 mövsümündəki uğurlu çıxışından sonra böyük futbol klublarının transfer siyahılarında yer alıb. 17 aprel 2007-ci ildə Qalatasaray klubuna transfer olunub.

Türkiyə milli futbol komandasının heyətində ilk qolunu 8 sentyabr 2007-ci ildə Maltanın milli futbol komandasının qapısına vurub. 2007/2008 mövsümündə Qalatasarayın heyətində 59 oyununda neydana çıxıb və 3 qola imza atıb. Bu nəticələrinə görə klubun tarixində ən çox qol vuran müdafiəçilərdən biri olub. Buna görə də Qalatasaray azarkeşləri ona "Ayıboğan" və "Türkü baba" ləqəblərini veriblər. Futbol üzrə Avropa çempionatı 2008-də Türkiyə milli futbol komandasının A qrupunda keçirdiyi hər 3 oyunda meydana çıxıb. 3-cü oyunda zədələndiyinə görə sonrakı 2 oyunda komandanın heyətində yer almayıb.

Qalatasaray klubunun heyətində 76 nömrəli geyimdə çıxış edib ki, bu rəqəm də İğdır ilinin nəqliyyat vasitəsi nömrəsidir.

Sərvət Türkiyə milli futbol komandasının formasıyla.

Müvəffəqiyyətləri

Milli komanda heyətində vurduğu qolları

#TarixYerRəqibHesabNəticəTurnir
1.8 sentyabr 2007Valletta, MaltaMalta Malta2–22–2Futbol üzrə Avropa çempionatı 2008 seçmə mərhələsi
2.12 avqust 2009Kiyev, UkraynaUkrayna Ukrayna3–0qalibiyyətYoldaşlıq görüşü
3.14 oktyabr 2009Bursa, TürkiyəErmənistan Ermənistan2–0qalibiyyətFutbol üzrə dünya çempionatı 2010 seçmə mərhələsi

İstinadlar

  1. Servet Cetin // Transfermarkt (çd.). 2000.
  2. "Türklər Sərvət Çətinin azərbaycanlı olduğunu təsdiqlədilər". 2010-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-16.
  3. Elmin Nuri. "Türkiyənin azəri əsilli məşhurları: "Qalatasaray" oyunçusu, aktrisa, şair..." MODERN.AZ (az.). modern.az. 26.08.2014, 15:12. 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-26.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.