Sərvər İbrahimov
Sərvər Rza oğlu İbrahimov (13 fevral 1930, Şuşa, DQMV – 7 may 2002, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2000).
Sərvər İbrahimov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 13 fevral 1930 |
Doğum yeri |
|
Vəfat tarixi | 7 may 2002 (72 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, pedaqoq |
Fəaliyyət illəri | 1946-cı ildən |
Musiqi aləti | tar |
Mükafatları |
Həyatı
Sərvər Rza oğlu İbrahimov 13 fevral 1930-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1944–1950-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. Əhməd Bakıxanov, Mirzə Mansurdan dərs almışdır.[1]
Sərvər İbrahimov 1946–1955-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1955–1964-cü illərdə isə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur.[1] 1978–1988-ci illərdə "Azkonsert" Qastrol-Konsert Birliyində çalışmışdır. Bir çox xanəndələri, o cümlədən Xan Şuşinskini müşayiət etmişdir.[2]
1985–2002-ci illərdə Sərvər İbrahimov Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərmişdir.[2] 28 oktyabr 2000-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir.[3]
Sərvər İbrahimov 7 may 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]
İstinadlar
- İbrahimov Sərvər Rza oğlu // Muğam ensiklopediyası. Bakı. 2008. S. 93.
- Ибрагимов Сарвар Рза оглу // Енциклопедия азербайджанского мугама (rus). Баку: Шарг-Гарб. 2012. С. 118.
- "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezi̇denti̇ni̇n Fərmanı". e-qanun.az. 28 oktyabr 2000. 26 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2022.