Sərhəd
Sərhəd və ya coğrafi sərhəd hökumətlər, dövlətlər və ya ölkənin inzibati cəhətdən bir-birindən müstəqil olan hissələri kimi siyasi strukturların coğrafi cəhətdən bitmə nöqtələrini və ya hüquqi yurisdiksiyalarını təsvir edən termindir.
Qədim dövrlərdə sərhədlər aralarında neytral zonaların mövcud olduğu və ciddi şəkildə ayrılmayan regionlar idi. Bu vəziyyət hələ də Səudiyyə Ərəbistanı ilə Küveytin dövlət sərhədində müşahidə olunur. Müasir dövrdə bir çox ölkələrin dövlət sərhədləri konkret olaraq müəyyən edilmişdir. Hava limanları, limanlar və gömrük qapıları da dövlətin bir növ sərhədini təşkil edirlər. Bu üsul ilə də ölkəyə daxil olan və ölkədən çıxan insanlar, heyvanlar, pul və mallar üzərində dövlətin nəzarəti mümkün olur. Sərhədləri keçmək üçün insanlara pasport, lazım gələrsə, viza və yaxud da şəxsiyyəti təsdiq edən sənədlər lazımdır. Əcnəbi şəxslərdən başqa ölkənin sərhədləri daxilində qalması üçün xüsusi immiqrasiya sənədləri tələb edilə bilər. Müəyyən bir xəstəliyin ötürülməsinin qarşısını almaq üçün heyvanların (və bəzi hallarda da insanların) sərhədi keçməsinə icazə verilmir. Bir çox ölkələr təhlükəli heyvanların və narkotik maddələrin öz sərhədlərindən keçirilməsini qadağan etmişdir. Əvvəlcədən xəbərdarlıq edilmədən və yaxud da icazə alınmadan əşyaların, heyvanların və ya insanların sərhəddən keçməsi və ya keçirilməsi qeyri-qanuni immiqrasiya hesab olunur.
Tək ölkə ilə həmsərhəd olan ölkələr
Kanada və Danimarka, Nunavut və Qrenlandiya arasında qalan və 1971-ci ildən bəri sərhəd mübahisələrinin davam etdiyi Hans adasını iki yerə bölmək barədə öz aralarında 14 iyun 2022-ci ildə razılığa gəlmişdirlər və 1,28 km uzunluğu olan sərhədə malik olduqları üçün tək qonşusu olan dövlət statusundan çıxmışdırlar.