Səreyn şəhristanı
Səreyn şəhristanı - Ərdəbil ostanının (vilayətinin) şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Səreyn (Sarıqaya) şəhəridir.
Rayon | |
Səreyn şəhristanı | |
---|---|
38°09′00″ şm. e. 48°04′26″ ş. u. |
|
Ölkə | |
İnzibati mərkəz | Sərein |
Əhalisi | |
Əhalisi | 17,197 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,197 nəfər və 3,937 ailədən ibarət idi.[1]
Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir, mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır.
Əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Səreyn şəhristanının inzibati bölgüsü
- Mərkəzi bəxşi
- İnzibati mərkəzi: Səreyn (Sarıqaya)
- Dehistanları yoxdur
- KƏNDLƏRİ: Əldəşin, Alvars, Ağqala, Əsb-i Mərz / Əsbmərz / Əsənməz, Bilədaraq, Gazir, Kəlxoran-i Viyənd, Kənzək, Kürdədeh, Latəran, Ücur, Şayiq, Vərgəsəran, Vərniyab, Viyand-i Kəlxoran
- Dehistanları yoxdur
- Savalan bəxşi
- Şəhərləri yoxdur
- Dehistanları yoxdur
- KƏNDLƏRİ: Alça-i Savalan, Əndərab, Ərdimusa / Ərd-i Musa / Erdimisti, Ərcistan, Atəşgah, Binmar-i Savalan, Dərabad / Dərəvar, Külür, Səin, Samanlı-i Büzürg (böyük), Şəmsabad, Təzəkənd-i Savalan
- Dehistanları yoxdur
İstinadlar
- ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-20.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.