Sərdar Fərəcov

Sərdar Fərəculla oğlu Fərəcov (8 dekabr 1957, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycanın fəxri mədəniyyət işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru.

Sərdar Fərəcov
Sərdar Fərəculla oğlu Fərəcov
Ümumi məlumatlar
Doğum tarixi 8 dekabr 1957(1957-12-08) (66 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti opera bəstəkarı, bəstəkar
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 2019 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 2007

Həyatı

Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirmişdir. Hazırda Üzeyir Hacıbəylinin Ev Muzeyi - nin direktoru vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir.

Mükafatları

17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[1]

Əsərləri

Opera
  • "Şəngülüm, Məngülüm" (2000) - M. Müşfiqin nağılı əsasında uşaqlar üçün rok–opera
Operetta
  • "Müsyö Jordan və dərviş" (1998) - libretto müəllifindir
  • "Bankir adaxlı" musiqili komediyası (2000) - libretto T. Vəliyevanındır
  • "Səhnədə məhəbbət" (2000) - libretto Əli Əmirlinindir
Digər vokal əsərləri
  • T. Taisoğlunun sözlərinə səs, xor və simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda (1996);
  • S. Şahbəylinin söz. xor və estrada-simfonik orkestri üçün "Teatr himni" /Milli teatrın 125 illiyinə həsr olunub/ (1998);
  • "Dədə Qorqud" Oratoriyası (1999);
  • A' capella xoru və klarnet üçün Triptix /V.Səmədoğlunun 60 illiyinə həsr olunub/ (1999);
  • M.Füzulinin söz. səs və simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması (1994);
İnstrumental əsərlər
  • Orqan üçün "Qəsidə" (1991) - N. Gəncəvinin xatirəsinə
  • Simli kvartet üçün 3 pyes (1991);
  • Skripka və piano üçün pyeslər (2001).
Orkestr üçün
  • Kiçik simfonik orkestr üçün "Yumoreska" (1995);
  • Simfonik süita (1990)
  • Balet süitası (1991)
  • Simli orkestr üçün Süita (1995);
  • Kamera orkestri üçün "Oxunmamış lay-lay" poeması (1995);
  • "Matəm harayları" simfonik lövhəsi (2000);

Teatr tamaşalarına musiqi

  • "Ölüləri qəbirstanlıqda basdırın" /müəllif – İ.Şıxlı/,rejissor-R.Almuradlı/ (2005)
  • "Onun iki qabırğası var" /müəllif – Əli Əmirli/ ,
  • "Sənsiz yaşaya bilmərəm" /müəllif – M.Haqverdiyev/ (1996);
  • "Yeddi məhbusə" /müəllif – Əli Əmirli/,
  • "Sevirəm səni, Türkiyə" /müəllif – Kamal Abdulla/ (1997);
  • "İtkin ər" /müəllif – Əli Əmirli/,
  • "Yaxşı padşahın nağılı" /müəllif – Anar/,
  • "Molyer" /müəllif – M.Bulqakov/ (1998);
  • "Səhra yuxuları" /müəllif – Anar/,
  • "Şübhəli əhvalat" /müəllif – Qabil/,
  • "Anamın gəlinlik paltarı" /müəllif – Ə.Qasımov/,
  • "Yekəburun Cırtdan" /müəllif – V.Qauf/ (2001).
  • S.Vurğun, R.Rza, T.Taisoğlu, Kamal Abdulla, Q.P.Elsevər və b. şairlərin söz. mahnı və romanslar(1990 – 2001).

Məqalələr

  • Bir daha himn haqqında. "Mədəniyyət" qəzeti, 07.03.1991;
  • Ü.Hacıbəyovun unudulmuş "Bahar nəğməsi". "Mədəniyyət", 21.03.1991;
  • "Ü.Hacıbəyov Ensiklopediyası"nda 25 məqalə. B., "Azərbaycan", 1996;
  • Əgər onlar da tamamlansaydı, yaşasaydı. "Musiqi dünyası" jurnalı, №1, 1999;
  • Ü.Hacıbəyov və erməni sənətçilərinin mədəni təcavüzü. "Musiqi dünyası", №3-4, 2000;
  • Belə bir məktəb var. "Musiqi dünyası", №1-2, 2001.
  • Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 – 2001).
  • Dövri mətbuatda məqalələr (1990 – 2001).

Filmoqrafiya

  1. Əbədi iftixarımız[2]
  2. Cavad xan (film, 2009)
  3. Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)

İstinadlar

  1. President.az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2019-09-17. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  2. Fərəcov, S. Əbədi iftixarımız: [Bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş eyni adlı filmin ssenari müəllifi Sərdar Fərəcov və quruluşçu rejissoru Tahirə Hüseynova ilə söhbət] //Mədəniyyət.- 2010.- 25 avqust.- S. 5.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.