Sərdar İmrəliyev

Sərdar İmrəliyev (azərb. Sərdar Məmməd oğlu İmrəliyev; d.  15 dekabr, 1930) — Sosialist Əməyi Qəhrəmanı.

Sərdar İmrəliyev
Sərdar Məmməd oğlu İmrəliyev
Doğum tarixi
Doğum yeri Horovlu, Cəbrayıl rayonu
Vəfat tarixi 25 yanvar 1987(1987-01-25) (56 yaşında)
Vəfat yeri Beyləqan rayonu
Fəaliyyəti siyasətçi
Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni

Həyatı

Sərdar İmrəliyev Cəbrayıl rayonun Horovlu kəndində anadan olub. 12 övladi var.

Mükafatları

Sosialist Əməyi Qəhrəmanı (30.04.1966), Azərbaycan SSR əməkdar mexanizatoru(1966), Azərbaycan SSR əməkdar pambıqçısı (1975), SSRİ Dövlət mükafatı laureatı (1975). Beyləqan rayonunun Bahar 3 nömrəli sovxoz qəsəbəsində traktorçu köməkçisi (1943-1945), mexanizator (1945-1960), həmin sovxozda pambıqçılıq üzrə kompleks mexanikləşdirilmiş briqadanın briqadiri olmuşdur (1960-1987). İttifaq miqyasında tanınan Sərdar İmrəliyevin iş təcrübəsini öyrənmək üçün işlədiyi sovxozda “Sərdar məktəbi” yaradılmışdır. 1964-cü ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. ASE elmi şuranın üzvü (1976), SSRİ Ali Sovetinin deputatı olmuşdur (6,7,8,9,10 çağırış). 4 dəfə “Lenin” (16.02.1963; 30.04.1966; 08.04.1971; 16.12.1972;) və “Oktyabr inqilabı” (23.02.1978) ordenləri ilə təltif edilmişdir.

Sov.İKP-nın 25-31 qurultaylarının nümayəndələsi olmuşdur.

Filmoqrafiya

  1. Sərdar İmrəliyev məktəbi (film, 1964)[1]

Haqqında yazılanlar

Malik Fərrux "Torpağın inamı" adlı poemasını Sərdar İmrəliyevə ithaf etmişdir.

İstinadlar

  1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-172.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.