Sərçuvar

SərçuvarAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]

Sərçuvar
38°57′45″ şm. e. 48°44′58″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Sərçuvar xəritədə
Sərçuvar
Sərçuvar

Əhalisi

1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Lənkəran qəzasının Sərçuvar kəndində 20 evdə 109 nəfəri kişilər, 84 nəfəri isə qadınlar olmaqla 193 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar[2] yaşayırdı.[3] Kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.[3]

Hazırda kənd əhalisinin sayı 1612 nəfərdir.[4]

Toponimiyası

Yerli əhali kəndi Sərçivo adlandırır. XIX əsrin ortalarında isə oykonim Səlçuva variantında qeydə alınmışdır. Oykonimin izahı ilə bağlı bir neçə mülahizə mövcuddur. Belə ki, bu coğrafi adı sərçələr nəslinin adı ilə fars dilindəki səracə (kiçik saray, yurd, məskən) sözü ilə əlaqələndirirlər. Güman etmək olar ki, oykonim sər (fars, “baş”, “təpə”) və civar (ər. “əhatə, ətraf’) komponentlərindən düzəlib, “ətrafi təpəlik olan” və ya “təpəliyin əhatəsi, ətrafı” mənasındadır. [5]

Həmçinin bax

Jindi

Kıncıvo

Monidigah

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Qeyd: mənbədə tatarlar
  3. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 37
  4. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  5. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.