Sənsiz (film, 1968)
Sənsiz | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Mirzə Mustafayev |
Ssenari müəllifi | Nəbi Xəzri |
Operatorlar |
Mirzə Mustafayev Tofiq Sultanov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr |
![]() |
İl | 1968 |
Texniki məlumatlar |
1 hissə 280 metr 35 mm |
Məzmun
Film görkəmli dövlət xadimi, istedadlı yazıçı-dramaturq, alim Şıxəli Qurbanova ithaf olunmuşdur.
Qısa, lakin mənalı həyat yolu keçmiş unudulmaz Şıxəli Qurbanov haqqında kino materialları nisbətən azdır. Buna baxmayaraq tamaşaçılar kino vasitəsilə onun yazdığı kitablarla tanış olur, müxtəlif ictimai tədbirlərdə etdiyi çıxışları eşidir, ünsiyyət bağladığı bəzi adamları görürlər. Filmdə Ş. Qurbanovun "Sənsiz" və "Milyonçunun dilənçi oğlu" əsərlərindən parçalar da verilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Mirzə Mustafayev
- Ssenari müəllifi: Nəbi Xəzri
- Operator: Mirzə Mustafayev, Tofiq Sultanov
- Səs operatoru: Şamil Kərimov
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.