Səni deyirlər
"Səni deyirlər" (az-əbcəd سني ديرلر مني ديرلر) — İnternetdə bir neçə gün ərzində mem olmuş, Azərbaycan dillində ifa edilən Cənubi Azərbaycan mahnısı.
Müğənni Əlirza Şərifzadənin yeni təqdim etdiyi "Səni deyirlər" mahnısı İranda yaşayan cənubi azərbaycanlıların böyük marağına səbəb olmuşdur.[1] Mahnıda Cənubi Azərbaycan vilayətinin paytaxtı Urmiya şəhəri və Urmiya gölü vəsf edilir.[2] Onlar bu mahnının sədaları altında küçədə, avtomobil yolunda rəqs edirlər. Gənclər daha sonra lentə alınan görüntüləri sosial şəbəkələrdə paylaşıblar.[1] Bu mahnı "Facebook", "YouTube" və "İnstaqram"da qısa müddətdə populyarlaşıb və böyük marağa səbəb olub.[1] Bəzi istifadəçilər bu həştəqdən istifadə edərək rəsmilərə qarşı etirazlarını da bildirirlər.[2]
Güneyli gənclərin bu fleşmobu Urmiya gölünün qurudulması və İran rejiminin sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz kimi meydana çıxıb.[3][4]
Həmçinin bax
İstinadlar
- İranda azərbaycanlı gənclərin fləşmobu - Video Arxivləşdirilib 2018-09-07 at the Wayback Machine. qafqazinfo.az, 04.09.2018 (az.)
- "İran azərbaycanlılarının #Sənideyirlər kampaniyası Bakıya da gəlib çatdı". www.bbc.com. BBC. İstifadə tarixi: 6 sentyabr 2018.
- Sumqayıtlı uşaqlardan Güneyə DƏSTƏK -“Səni deyirlər”- VİDEO Arxivləşdirilib 2020-02-20 at the Wayback Machinexeberle.com, 05.09.2018 (az.)
- Adilqizi, Lamiya. "Azerbaijanis dance to support their kin in Iran". www.eurasianet.org. www.eurasianet.org. 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2018.