Səngan (Qəzvin)
Səngan (Aşağı Tarım) yaxudda Aşağı Səngan (fars. سنگانسفلی) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd.
Səngan | |
---|---|
36°36′58″ şm. e. 49°19′56″ ş. u. | |
Ölkə | |
|
Əhalisi
2016-cı ilin məlumatına görə kənddə 236 nəfər [2] yaşayır (83 ailə).
Milli tərkibi
Əhalisi bütünlükdə yerli Azərbaycan türklərindən ibarətdir.[3]
İqtisadiyyat
Əhalisi əsasən bağçılıqla məşğul olaraq gəlirləri bu yoldandır və bu kənd bölgədə nar meyvəsinin mərkəzi sayılır.Səngan kəndində müxtəlif nar növləri o cümlədən Şahabar,Qaragöz,Ağ nar və Meyxoş narları yetişdirilir.[4] İllik olaraq bu kənddə Oktyabr ayında nar dərimi münasibətilə nar festivalı keçirilir.[3]Üzüm, zeytun, alça, əncir, ərik, tut, böyürtkən, moruq, qoz və qara tut kəndin başqa önəmli bağçılıq məhsulları sayılır.[3]
Din
Səngan kəndində İmamzadə Əlaəddin türbəsi yerlişir ki onda 2010-cu ildə quruculuq işləri aparılaraq qismən bərpa edilib.[5][6]
İstinadlar
- "Qazvin.irib". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- "kənd əhalisi". 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-11.
- "Qazvin.irib.ir". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- İrna
- İmamzadələr
- "Viki Əhli Beyt". 2019-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.