Sənan Süleymanov
Sənan Əmrah oğlu Süleymanov (15 dekabr 1996; Dmanisi, Gürcüstan) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2020-ci il Avropa Çempionatının qalibi.[1]
Sənan Süleymanov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Sənan Əmrah oğlu Süleymanov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Dmanisi, Gürcüstan |
Boyu | 175 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyerası
Sənan Süleymanov 2012-ci ildə Polşada yeniyetmələr arasında Avropa Çempionatının və Azərbaycanda yeniyetmələr arasında Dünya Çempionatının gümüş medallarına sahib oldu.[1] 2016-cı ildə isə Sənan Süleymanov Rumıniyada gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu.[1]
2017-ci ildə Sənan Süleymanov əvvəlcə Macarıstanda U23 Avropa Çempionatını 7-ci, sonra isə Serbiyada Avropa Çempionatını 11-ci pillədə başa vurdu.[1] 2019-cu ildə Kiyev şəhərində baş tutan beynəlxalq turnirin qalibi olan Sənan Süleymanov, Qazaxıstanda Dünya Çempionatını 8-ci pillədə, Macarıstanda U23 Dünya Çempionatını isə gümüş medalla başa vurdu.[1]
2020-ci ildə isə Sənan Süleymanov Roma şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə Macarıstan nümayəndəsi Zoltan Levai üzərində qələbə qazanaraq Avropa Çempionatının qalibi oldu.[1] 2021-ci ildə Fransada Fransa Qran-Prisini və Macarıstanda Avropa Olimpiya Təsnifat Turnirinin bürünc medallarına sahib olan Sənan Süleymanov, Varşava şəhərində (Polşa) Avropa Çempionatını bürünc, Oslo şəhərində (Norveç) Dünya Çempionatını isə gümüş medallarla başa vurdu.[1]
2022-ci ilin fevralında İstanbul şəhərində Vəhbi Əmrənin xatirəsinə həsr olunan beynəlxalq turniri gümüş medalla başa vuran Sənan Süleymanov, martda Budapeşt şəhərində Avropa Çempionatının bürünc, avqustda Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının isə gümüş medalına sahib oldu.[1] Sentyabrda Belqrad şəhərində (Serbiya) baş tutan Dünya Çempionatında isə uğursuzluqla üzləşdi və turniri 20-ci pillədə başa vurdu.[1]
2023-cü ildə Sənan Süleymanov əvvəl Zaqreb şəhərində (Xorvatiya) baş tutan Zagreb Open beynəlxalq turnirini 28-ci pillədə, sonra da apreldə Avropa Çempionatını 20-ci pillədə başa vurdu.[1] İlin əsas turniri — sentyabrda Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında isə Sənan Süleymanov final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.[1]
Nəticələri
Yeniyetmələrin Avropa Çempionatı | Polşa | |||
Yeniyetmələrin Avropa Çempionatı | Azərbaycan | |||
Gənclərin Avropa Çempionatı | Rumıniya | |||
U23 Avropa Çempionatı | Macarıstan | |||
Avropa Çempionatı | Serbiya | |||
Kiyev Beynəlxalq Turniri | Ukrayna | |||
Dünya Çempionatı | Qazaxıstan | |||
U23 Dünya Çempionatı | Macarıstan | |||
Avropa Çempionatı | İtaliya | |||
Fransa Qran-Prisi | Fransa | |||
Avropa Olimpiya Təsnifat Turniri | Macarıstan | |||
Avropa Çempionatı | Polşa | |||
Dünya Çempionatı | Norveç | |||
Vəhbi Əmrə Turniri | Türkiyə | |||
Avropa Çempionatı | Macarıstan | |||
İslam Həmrəyliyi Oyunları | Türkiyə | |||
Dünya Çempionatı | Serbiya | |||
Zagreb Open | Xorvatiya | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Dünya Çempionatı | Serbiya |
İstinadlar
- International Wrestling Database. "SANAN SULEYMANOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-08. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.08.2022.