Sən Ey Uşaqlıq (mahnı)
Sən Ey Uşaqlıq - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı.
Sən Ey Uşaqlıq | |||||||
---|---|---|---|---|---|---|---|
İfaçı | Qara Dərviş | ||||||
Albom | National Pearls | ||||||
Yayımlanıb | 2015 | ||||||
Dil | Azərbaycanca | ||||||
Müddət | 6:50 | ||||||
Bəstəkar | Vasif Adıgözəlov | ||||||
Studiya | Sekiz Müzik Yapım | ||||||
"National Pearls" albomunun xronologiyası | |||||||
|
|||||||
|
Mahnı haqqında
Mahnının bəstəsi Vasif Adıgözəlova, aranjemanı isə Qara Dərvişə aiddir.
Mahnı sözləri
Nəğmə susdu dodaqlarda,
Dilə gəldi tüfənglər.
Mənim atam uzaqlarda
Cəbhələrdə bir əsgər.
Anamızın laylaları,
Nənnilər də pozuldu.
Arzuladıq ilk baharı,
İstəyimiz yad oldu.
Sən, ey uşaqlıq,
Sən bizdən uzaq düşdün artıq.
De, səni yellər apardı,
Ya soyuq əllər apardı?
Görmədik biz gül dəstəsi,
Görmədik biz oyuncaq.
Ata səsi, ana səsi
Eşitmədik doyunca.
Öz qoynuna aldı bizi
Bu buruqlar şəhəri.
Yarı böldük tikəmizi,
Gözlədik al səhəri.
Sən, ey uşaqlıq,
Sən bizdən uzaq düşdün artıq.
De, səni yellər apardı,
Ya soyuq əllər apardı?
Həmçinin bax
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.