Səmra Çağlar Gökalp

Səmra Çağlar Gökalp (1988, Bitlis ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Səmra Çağlar Gökalp
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cüildən
Seçki dairəsi2023Bitlis
Şəxsi məlumatlar
Doğum tarixi 1988
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
  • Van Yüzüncü İl Universiteti[d]
Fəaliyyəti insan hüquqları fəalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Səmra Çağlar Gökalp 1988-ci ildə Bitlis ilində anadan olub. Van Yüzüncü İl Universiteti İngilis dili və Ədəbiyyatı Bölməsindən məzun olub. Mübadilə proqramı çərçivəsində Birləşmiş Ştatların Texas Universitetində təlimlərdə olub. Merilend Qadınlar Komissiyasında (Maryland Commission for Women) müşahidəçi olub.[1]

Van Şəhər Bələdiyyəsində Avropa İttifaqı və Xarici əlaqələr şöbəsində çalışıb. 2019-cu ildə bələdiyyə sədrinin vəzifəsindən uzaqlaşdırılmasından sonra tutduğu vəzifədən azad edilib. İnsan Hüquqları Dərnəyində İdarə Heyətinin üzvü olub.[1]

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Bitlis ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Müraciətlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

Kürdcə bilir. Evlidir.[1]

İstinadlar

  1. TBMM. "Semra ÇAĞLAR GÖKALP". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.