Səmayə Piriyeva

Səmayə Piriyeva (tam adı: Səmayə Aslan qızı Piriyeva; 17 iyun 1945, Qazıməmməd) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü; Sabirabad rayonunun İcra Hakimiyyətinin başçısı (1999–2000).

Səmayə Piriyeva
bayraq
Azərbaycan Milli Məclisinin I çağırış üzvü
bayraq2
24 noyabr 1995 28 iyun 1999
bayraq
Sabirabad rayonunun İcra Hakimiyyətinin başçısı
bayraq2
28 iyun 1999[1] 28 iyul 2000[2]
ƏvvəlkiƏliverdi Əlişov[3]  
SonrakıBəylər Xancanov[4]
Şəxsi məlumatlar
Doğum tarixi 17 iyun 1945(1945-06-17) (78 yaş)
Doğum yeri
Partiya
Təhsili Pedaqoji Dillər İnstitutuAli Partiya Məktəbi

Həyatı

Səmayə Piriyeva 1945-ci il iyunu 17-də Hacıqabul şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutundaAli Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Səmayə Piriyevanın bir övladı var.

Fəaliyyəti

1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 94 nömrəli Hacıqabul-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Səmayə Piriyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Səmayə Piriyeva Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[5][6]

Səmayə Piriyeva Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 1.1 il sonra isə o, Heydər Əliyevin 29 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad edilib.[7][8]

İstinadlar

  1. "S. A. Piriyevanın Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 28 iyun,1999-cu il. 2019-05-30 tarixində arxivləşdirilib.
  2. "S. A. Piriyevanın Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 28 iyul,2000-ci il. 2019-05-30 tarixində arxivləşdirilib.
  3. "Ə. M. Əlişovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 28 iyun,1999-cu il. 2019-05-30 tarixində arxivləşdirilib.
  4. "B. M. Xancanovun  Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 28 iyul,2000-ci il. 2019-05-30 tarixində arxivləşdirilib.
  5. "I çağırış Azərbaycan Milli Məclisinin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  6. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  7. "Səmayə Aslan qızı Piriyevanın Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı" ( (az.)). 28.06.1999. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  8. "Səmayə Aslan qızı Piriyevanın Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı" ( (az.)). 28.07.2000. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.