Səmədabad (Yevlax)
Səmədabad — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Səmədabad kəndi Mingəçevir qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səmədabad kənd Soveti yaradılmışdır.[1]
Səmədabad | |
---|---|
40°35′15″ şm. e. 47°04′26″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Toponimikası
1918-ci ildə Milli qırğın zamanı Ermənistanın, Qədim İRƏVAN XANLIĞININ SƏRDARABAD MAHALININ ( HOKTANBERYAN - ОКТАНБЕРЯН) Ağca-arx(Arcaxda deyirlər), Kürəkən, Zeyvə, Kərimarx, Qarğabazar və Qarxun kəndlərindən didərgin düşmüş azərbaycanlı ailələr bir müddət Xoruzlu kəndində, sonralar Bərdə ətrafında yaşamış, əlavə olaraq 1948- çi ildə Göyçə mahalının kəndlərində də gələnlər var. 1992-93 ci illər Qarabağdan da məcburi köçkünlər gəlmisdir.1926-cı ildə isə Yevlax rayonu ərazisindəki Meşəli San oğlu Məhəmmədin yatağı adlı yerdə məskunlaşmışdılar. Kənd bolşevik Səmədağa Ağamalı oğlunun (1867-1930) adı ilə adlandırılmışdır. Memorial toponimdir.[2]
Coğrafiyası və iqlimi
Kənd Qarabağ düzündə yerləşir.Aran bölgəsinə aiddir. Qazax - Bakı magistral yolunun yaxınlığında yerləşir.Kənd artezian quyularının suyundan istifadə edir. Əkinçilik və heyvandarlıqla məşğul olurlar, Bakı-Tiflis-Ceyhan neft boru xətti əkin sahələrinin ərazisindən keçir.
İstinadlar
- "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- Səmədabad (Yevlax) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.