Səmədabad (Goranboy)

SəmədabadAzərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Səmədabad kəndi Əzizbəyov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səmədabad kənd inzibati-ərazi vahidi yaradılmışdır.[1]

Səmədabad
40°41′06″ şm. e. 46°38′58″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 178 m
Saat qurşağı
Səmədabad xəritədə
Səmədabad
Səmədabad

Toponimikası

Keçmiş adı Bala Dəliməmmədli olmuşdur. Yaşayış məntəqəsini inqilabdan əvvəl Cənubi Azərbaycandan gəlib Tatoğlü adlı mülkədarın mülkündə işləyən rəncbərlər salmışdılar. 1922—ci ildə həmin rəncbərlərdən olan inqilabçı Səməd Əlizadə öldürüldükdən sonra kənd onun adı ilə adlandırıldı. Memorial toponimdir.[2] Yerli ləhcədə "Səmədavad" kimi deyilir.

Coğrafiyası və iqlimi

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1006 nəfər əhali yaşayır.[3]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.