Səməd bəy Cəmillinski
Səməd bəy Cəmillinski (tam adı: Səməd bəy Cəmil bəy oğlu Cəmilinski; 1892, Cəmilli – 7 dekabr 1937) — Cənub-Qərbi Azərbaycan general-qubernatoru (1919–1920).
Səməd bəy Cəmillinski | |
---|---|
Əbdül Səməd bəy Cəmil oğlu Cəmillinski | |
avqust 1919 – mart 1920 | |
Əvvəlki | Əliyar bəy Haşımbəyov |
Sonrakı | vəzifə ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 7 dekabr 1937 |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Cəmil bəy Məmməd bəy oğlu Cəmillinski |
Anası | Həcər bəyim |
Həyat yoldaşı | Şəhla xanım Mir Cabbar ağa qızı Ağamirova |
Uşaqları | Cəmil bəy, Həcər xanım |
Həyatı
Səməd bəy Cəmilbəy oğlu Cəmillinski 1892-ci ildə Qarabağın Cəmilli obasında anadan olmuşdur. İbtidai təhsilini molla məktəbində alsa da, təhsilini sonralar Gəncə gimnaziyasında davam etdirmişdir. Ali təhsilini isə Peterburqdakı Rusiya Dövlət Universitetinin hüquq fakültəsində almışdır.
Ailəsi
- Xurşudbanu Natəvanın qızı Həcər bəyim xanımın oğludur.
Fəaliyyəti
1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir müddət Qarabağ general-qubernatorluğu nəzdində Naxçıvan bölgəsinə dair xüsusi tapşırıqlar üzrə müvəkkil olmuşdur. 1919-cu ilin avqustunda Qərbi Azərbaycanın (Naxçıvan mahalının) general-qubernatoru təyin edilmişdir.
Qərargahı əvvəl Ordubadda yerləşmiş, sonra isə Naxçıvana köçürülmüşdü. Cəmillinski bölgənin idarə olunmasında, erməni-daşnak silahlı dəstələrindən təmizlənməsində, cari problemlərinin həllində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xəttini həyata keçirməyə səy göstərmiş, qaçqınların yerləşdirilməsi və təmin olunması məsələlərinə böyük diqqət yetirmişdi. Cəmillinski Naxçıvan mahalı və ətrafının İrandan müdafiəsi və onun erməni qəsbkarılığının dəf olunması sahəsində mühüm işlər görmüşdür. Mahalın idarəçiliyi ilə əlaqədar olaraq yerli siyasi qüvvələrlə (Kəlbalı xan və b.) yaranan fikir ayrılıqları üzündən 1920-ci il fevralın sonunda vəzifəsindən getmək istəmiş və bu məqsədlə də hökumətdən başqa şəxslə əvəz olunmasını xahiş etmişdi. Azərbaycan Cümhuriyyətinin süqutunadək həmin vəzifədə qalmışdır.
Britaniyanın Lancashire Evening Post qəzetinin 5 aprel 1920-ci il tarixli sayında 1920-ci ilin mart ayına olan məlumata görə, Cəmillinskinin bölgədə Amerika hakimliyi meydana çıxandan bəri Azərbaycanın maraqları naminə mübahisəsiz Naxçıvan valisi olduğu ifadə edilir. 18–24 mart tarixlərində, eyni sərbəst buraxılışa görə, ermənilər müsəlman kəndlərinə basqın etdilər və yerli sakinləri qətlə yetirdilər.[1]
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Əbdülsəməd bəy Cəmillinski mühacirət etmədi, vətənində qaldı. 1937-ci ilin noyabr ayının 7-sindən 8-ə keçə gecə güllələnmişdir.[2]
Mənbə
- Azərbaycan Cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları: İstiqlal fədailəri: 1918–1920 / İ. Şahsevən; red. Z. Şahsevənli; elmi red. Ş. Qasımov.- Bakı: Mütərcim, 2017.- 476 s.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası]]. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004, 308
- Aзepбaйджанская Демократиская Pecnyблика (1918–1920)
İstinadlar
- Monday 05 April 1920, Lancashire Evening Post.
- Azərbaycan Tarixi Şəcərə Cəmiyyəti Xəbərləri. Onuncu buraxılış. Bakı. 2018. 22–24.