Səlma Aliyə Kavaf
Səlma Aliyə Kavaf (1 iyul 1962, Dənizli) — türk siyasətçisi, müəllimi.
Səlma Aliyə Kavaf | |
---|---|
türk. Selma Aliye Kavaf | |
Türkiyə Böyük Millət Məclisinin 23-cü dövr millət vəkili | |
Seçki dairəsi | 2007 – Dənizli |
Türkiyə Respublikasının Dövlət Naziri | |
1 may 2009 – 6 iyul 2011 | |
Əvvəlki | Nemət Baş |
Sonrakı | Vəzifə qaldırıldı |
Ədalət və İnkişaf Partiyası Qadınlar şöbəsinin sədri | |
2002 – 1 may 2009 | |
Əvvəlki | Vəzifə yaradıldı |
Sonrakı | Fatma Şahin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1962 (61 yaş) |
Doğum yeri | |
Milliyyəti | türk |
Vətəndaşlığı | Türkiyə |
Partiya |
Ədalət və İnkişaf Partiyası (2002-2020) Demokratiya və Sıçrayış Partiyası (2020-hal-hazırda) |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət naziri Kavaf 2007-2009-cu illərdə Ədalət və İnkişaf Partiyasından Dənizli millət vəkili kimi millət vəkili vəzifəsini tutub. O, Dənizlidən seçilən ilk qadın millət vəkilidir. İngilis dilini bilən Kavaf evlidir və bir övladı var.
Həyatı
Səlma Aliyə Kavaf 1962-ci ildə Niyazi və Gülseren Bostancı cütlüyünün qızı olaraq dünyaya gəlib. İki bacısından biri olan Səma Ramazanoğlu da özü kimi siyasətçidir.[1] İbtidai və orta təhsilini Dənizlidə bitirmişdir. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Türkologiya bölməsini bitirib. Türkiyə Respublikası Milli Təhsil Nazirliyinə tabe olan liseylərdə 7 il müəllim kimi çalışmışdır. Özəl sektorda menecer olaraq da işləyib.
Siyasi karyerası
2002-ci ildə Ədalət və İnkişaf Partiyası Dənizlidən 6-cı Millət vəkili namizədi olaraq aktiv siyasətə qatıldı. 2002-ci il ümumi seçkilərindən sonra Ədalət və İnkişaf Partiyası Ümumi Qərargahının Qadınlar şöbəsinin sədri təyin edildi. Şöbəyə sədrliyi dövründə Türkiyədə ilk dəfə olaraq institusional mənada bir siyasi partiyanın qadın təşkilatını təşkil etdi. O, Ədalət və İnkişaf Partiyasını müxtəlif beynəlxalq platformalarda təmsil edib.
2007-ci ildə keçirilən ümumi seçkilərdə Dənizli millət vəkili olaraq parlamentə daxil olub.[1] Dənizlinin ilk qadın millət vəkili olub. Məclisdə Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komissiyasının sədri və Peru Parlament Dostluq qrupunun sədridir. 2009-cu il mayın 1-də kabinet dəyişikliyindən sonra o, dövlət naziri kimi 60-cı hökumətdə iştirak edib.
9 mart 2020-ci ildə Əli Babacanın qurduğu Demokratiya və Sıçrayış Partiyasının qurucu üzvləri arasında idi.[2]
Müzakirələr
Qadın və Ailə Məsələləri üzrə Dövlət naziri Səlma Aliyə Kavafın “Hürriyet” qəzeti yazarı Faruk Bildirici ilə qəzetin bazar günü əlavəsinə verdiyi reportajda homofobik; “Mən homoseksuallığın bioloji bir xəstəlik,olduğuna inanıram. Düşünürəm ki, bu, müalicə edilməli olan bir şeydir”[3] açıqlaması ictimai müzakirələrə səbəb olmuşdu.[4] Nazir Kavaf dövründə ictimai qurum və təşkilatları, qeyri-hökumət təşkilatlarını və elm adamlarını bir araya gətirərək Türkiyənin Ailə Xəritəsini hazırlamaq üçün böyük səy göstərildi. Kavaf, ailə qurumunun artan və dəyişən problemlərini yerində müəyyən etmək və daha sonra yerli problemlərə yerli həll yollarını təqdim etmək üçün, o, Türkiyə Statistik Regional Vahidlər təsnifatına görə bölgələri təmsil edən 12 vilayətdə yerli ailə seminarlarının təşkilində öncül olmuşdur.
İstinadlar
- "Arxivlənmiş surət". 2015-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.
- "Ali Babacan parti dilekçesini İçişleri Bakanlığı'na verdi". 2020-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
- "Arxivlənmiş surət". 2012-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
- http://www.radikal.com.tr/Default.aspx?aType=YazarYazisi&ArticleID=984542&Yazar=%20&Date=&PAGE= (#bare_url_missing_title).
Xarici keçidlər
- Türkiyə Böyük Millət Məclisinin 23-cü dövr millət vəkili (türk.)Arxivləşdirilib 2010-01-09 at the Wayback Machine