Səlim bəy Rüstəmbəyov
Səlim bəy Ağa bəy oğlu Rüstəmbəyov (1847, Şuşa – 1914, Şuşa) — Qarabağ bəyi, Çar Rusiyası ordusunun praporşiki.
Səlim bəy Rüstəmbəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1847 |
Doğum yeri | |
Vəfat tarixi | 1914 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | praporşik |
Həyatı
Səlim bəy Ağa bəy oğlu 1847-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Kapitan Gülməmməd bəy Kəbirlinin nəvəsidir. Şuşa qəza məktəbində oxumuşdu. 1874-cü ildən 1882-ci ilədək Şuşa qəzasında polis pristavı, 1883-cü ildən 1888-ci ilədək Cəbrayıl qəzasında polis pristavı, 1890-cı ildən 1894-cü ilədək Cəbrayıl qəzasında rəsin böyük köməkçisi, 1896-cı ildən Zəngəzur qəzası polis idarəsinin rəisi, 1903-cü ildə Zəngəzur qəzası həbsxana komitəsində qəyyum, 1904-cü ildə Cəbrayıl qəzasında barışdırıcı münsif, 1910-cu ildə Zəngəzur qəzası polis idarəsinin rəisi və sərhəd komissarının müavini vəzifələrində çalışmışdı.
Səlim bəy Rüstəmbəyov Cəbrayıl, Böyük Bəhmənli kənd məktəblərinin hamisi idi.
Ailəsi
- Babası Gülməmməd bəy Qasım bəy oğlu Rüstəmbəyov - 1770-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.Sonra mədrəsədə oxumuşdu. İbrahimxəlil xan Cavanşirə, sonra Mehdiqulu xana xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra ruslara qulluq göstərmişdi. 1826-cı ildə üsyan edən Qarabağ bəylərinə qoşulmuş, lakin tutulmuşdu.Poruçik Gülməmməd bəyin tutulma nədəni: Özü Mehdiqulu хanın yanına qaçarkən yoldan qayıtmışdı. Tezliklə bağışlandı. Şəhər deputatları onu Moskvaya, çarın taczüzarlığına göndərdilər. Oğulları Rüstəm bəy və Ağa bəy də Mehdiqulu хanın yanına qaçarkən yolda yaralandılar. Onları yaralı halda Vərəndə mahalının Çanaqçı kəndinə gətirdilər.Gülməmməd bəy 1831-ci ildə Qarabağ atlı alayının başçısı (komandiri) idi. O, kapitan rütbəsi daşıyırdı.
- Əmisi Rüstəm bəy Gülməmməd oğlu Rüstəmbəyov
- Əmisi oğlu Abdulla bəy Rüstəm bəy oğlu Rüstəmbəyov — 1823-cü ildə Şuşa şəhərində dünyaya göz açmışdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Murov köməkçisi kimi xidmətə başlamışdı. Qaçaqların məhv edilməsində önəmli rol oynamışdı. Praporşik rütbəsi almışdı. Abdulla bəyin Fatma xanım adlı qızı vardı.
- Əmisi oğlu Süleyman bəy Rüstəm bəy oğlu Rüstəmbəyov — 1831-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Çar ordusunda xidmətə başlamışdı. Poruçik rütbəsi vardı. Süleyman bəy Rüstəmbəyov 1872-ci ildə Bakı qyberniyasının Cavad qəzasında rəis köməkçisi vəzifəsində çalışırdı. Süleyman bəy 1882-ci ildə vəfat edib. Süleyman bəyin Rüstəm bəy adlı oğlu, İmmi xanım adlı qızı vardı.
- Əmisi Həsən bəy Gülməmməd bəy oğlu Rüstəmbəyov
- Əmisi oğlu Hüseynəli bəy Həsən bəy oğlu Rüstəmbəyov - 1878-ci ildə Şuşa şəhərində anadan olub. Şəhərdə Qara Hüseynəli kimi tanınırdı. İbtidai təhsilini molla yanında almış, sonra Şuşa real məktəbdə oxumuşdu. İrəvan Müəllimlər seminariyasını bitirmişdi. Hüseynəli bəy Rüstəmbəyov 1895-ci il sentyabrın 19-da Şuşada III dərəcəli xüsusi məktəb açmış, lakin məktəb cəmi bir ilə fəaliyyət göstərmişdi. İki sinifdən ibarət olan bu tipli məktəblərdə təhsil alan şagirdlər iki il ərzində mükəmməl olaraq, azərbaycan və rus dillərinə yiyələnirdilər. Şagirdlər əsasən kasıb və orta təbəqənin övladlarından ibarət idi. 2 dekabr 1920-ci ildə Şuşada ölmüşdür.
- Əmisi Abbasqulu bəy Gülməmməd bəy oğlu Rüstəmbəyov
- Atası Ağa bəy Gülməmməd bəy oğlu Rüstəmbəyov
- Qardaşı Zülfüqar bəy Ağa bəy oğlu Rüstəmbəyov
- Qardaşı Mahmud bəy Ağa bəy oğlu Rüstəmbəyov - Mahmud bəy Ağa bəy oğlu 1850-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Kapitan Gülməmməd bəy Kəbirlinin nəvəsidir. Şuşa qəza məktəbində oxumuşdu.1879-cu ildə Qazax qəzasında polis pristavı, 1880-ci ildə Cəbrayıl qəzasında sahə rəisi, 1881-ci ildə Cəbrayıl qəzasında polis pristavı,1883-cü ildən 1888-ci ilədək Şuşa qəzası polis idarəsində kargüzar, 1891-ci ildə Şuşa qəzasının Qacar kənd cəmiyyətində sahə pristavı, 1897-ci ildə Cəbrayıl qəzası Polis idarəsi rəisinin böyük köməkçisi vəzifələrində çalışmışdı.
Mənbə
Ədəbiyyat
- Ənvər Çingizoğlu, Qasım bəy Kəbirlinin törəmələri, Bakı, "Soy" dərgisi, 9(29), 2009.